Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1155/2023 07.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Ramazanova Səbinə Şair qızının katibliyi ilə, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Dövlət X4 daxil olmuş İXP seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC inzibati xəta törədilən zamab mülkiyyətində olan nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində rəsmi qaydada təqdim etməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 öz izahatında avtomobili idarə edən sürücü haqqında lazımi məlumatların müvafiq qaydada elektron portalda yerləşdirildiyini, sonradan polis idarəsinə yaxınlaşaraq sürücü barədə məlumatların elektron sistemdə yerləşdirildiyi bildirilsə də, polis əməkdaşlarının artıq inzibati xəta haqqında protokolun Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakı təmin edilməmişdir. Məhkəmə inzibati işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Dövlət X5 polis kapitanı X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 08 fevral 2023-cü il tarixli, İXP ******* saylı protokoldan görünür ki, hüquqi şəxs Şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət X5 sorğusuna əsasən mülkiyyətində olan “HYUNDAİ SONATA MİNİK” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət X7nə vermədiyindən hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Dövlət X7 tərəfindən Şəxs MMC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, qeyd olunan məktub Şəxs MMC-də xx.xx.2023-cü il tarixdə “Təbriz” adlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə poçt vasitəsi ilə qəbul olunmuşdur; Poçt qəbzinin üzərində olan ştrix-kod (SS821144850AZ) "xxxx" MMC-nin elektron sisteminin “poçt göndərişlərinin izlənməsi” bölməsinə daxil edilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən Şəxs MMC-nin ünvanına hər hansı sorğunun göndərilməsi və ya həmin sorğunun hüquqi şəxs tərəfindən rəsmi qaydada alınmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə - hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 53.1.1-ci maddəsinə əsasən inzibat xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli protokolu, "xxxx" MMC-nin elektron sisteminin “poçt göndərişlərinin izlənməsi” bölməsindən əldə edilmiş çıxarışı və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs MMC-yə münasibətdə inzibati xəta hadisəsinin baş verməsi istisna olunur. Həmçinin, məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 bildirmişdir ki, 24 yanvar 2023-cü il tarixində onun mobil telefonuna inzibati xəta törədilməsi ilə bağlı SMS daxil olmuşdur. Həmin günün səhəri, yəni 25 yanvar tarixində sürücü haqqında müvafiq məlumatlar MMC tərəfindən müvafiq portala yerləşdirilmişdir. Bununla yanaşı, iş materiallarında olan xəbərnamədə polis orqanı tərəfindən göndərilmiş sorğunun 18 yanvar 2023-cü il tarixdə Təbriz adlı şəxs tərəfindən qəbul edilməsi göstərilsə də, onun soyadı, MMC-də tutduğu vəzifə xəbərnamədə öz əksini tapmamış, məhkəmə iclasında iştirak edən MMC-nin nümayəndəsi isə MMC-də ümumiyyətlə Təbriz adlı əməkdaşın olmadığını bildirmişdir. Göründüyü kimi, məhkəməyə təqdim edilmiş sənədlərlə və məhkəmə iclasında iştirak edən MMC-nin nümayəndəsinin izahatında göstərdiyi xüsusatlarla Sabunçu RPİ-nin müvafiq sorğusunun MMC-yə çatdırılması nəinki öz təsdiqini tapmamış, əksinə "xxxx" MMC-nin elektron sistemində olan məlumatlarla həmin sorğunun MMC-nin səlahiyyətli şəxsi qəbul edilmədiyi öz təsdiqini tapmışdır ki, bu isə öz növbəsində inzibati xəta hadisəsinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, «İ.M.C.TRADE” MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmiş və bununla da inzibati xəta hadisəsi baş verməmişdir. Belə olan halda MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. .Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: «İ.M.C.TRADE” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından AR İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-1155/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1155/2023
07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver