Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1174/2023 07.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Ramazanova Səbinə Şair qızının katibliyi, Şəxs etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon Dövlət X4 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Dövlət X3 daxil olmuş İXP seriyalı ******* nömrəli, 14 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs inzibati xəta törədilən zaman mülkiyyətində olan nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində rəsmi qaydada təqdim etməmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 öz izahatında polis orqanı tərəfindəb müvafiq sorğunu aldıqları gündən avtomobili idarə edən sürücü haqqında lazımi məlumatların 5 gün müddətində polis orqanına verildiyini bildirərək bu barədə sənədləri məhkəməyə təqdim etmiş və MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sədrlk edənin sualına cavab olaraq MMC-nin nümayəndəsi X2 xəbərnamədə soyadı göstərilən şəxsin ("xxxx") MMC-nin direktoru olduğunu bildirmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakı təmin edilməmiş və nümayəndənin iştirak etməmə səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə inzibati işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 14 fevral 2023-cü il tarixli, İXP ******* saylı protokoldan görünür ki, hüquqi şəxs Şəxs Sabunçu Rayon Polis İdarəsinin X8 Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan “FİAT FİORİNO CARGO YÜK” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Sabunçu Rayon Polis İdarəsinin Dövlət X6 təqdim etməmişdir. Bakı şəhəri Sabunçu rayon X8 Şöbəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, qeyd olunan məktub Şəxs MMC-də 06 fevral 2023-cü il tarixdə "xxxx" soyadlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul olunmuşdur. Poçt qəbzinin üzərində olan ştrix-kod (SS821154962AZ) "xxxx" MMC-nin elektron sisteminin “poçt göndərişlərinin izlənməsi” bölməsinə daxil edilərkən müəyyən edilmişdir ki, Sabunçu Rayon Dövlət X3 Şəxs MMC-nin ünvanına göndərilən sorğu 08 fevral 2023-cü il tarixdə hüquqi şəxs Şəxs hüquqi ünvanına çatdırılmışdır. Şəxs etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə təqdim etdiyi Sabunçu rayon Polis İdarəsinin Dövlət X6 ünvanlanan 07 fevral 2023-cü il tarixli AKC 09/23 nömrəli məktubdan görünür ki, həmin məktubda inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatlar öz əksini tapmışdır. 07 fevral 2023-cü il tarixdə təsdiq edilmiş qəbzdən görünür ki, Şəxs tərəfindən Bakı şəhəri Sabunçu Rayon Dövlət X7 ünvanlanmış cavab məktubu elə həmin tarixdə polis şöbəsinə rəsmi qaydada çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə - hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə araşdırması zamanı hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, MMC-nin vəzifəli şəxsi (direktoru) tərəfindən 06 fevral 2023-cü il tarixdə qəbul edilmiş və 07 fevral 2023-cü il tarixdə həmin sorğuya rəsmi qaydada cavab verilərək həmin tarixdə cavab məktubu polis şöbəsinə rəsmi qaydada çatdırılmışdır. Məhkəmə Bakı şəhəri Sabunçu Rayon Dövlət X3 daxil olmuş İXP seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli protokolu, MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş müvafiq sənədləri və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, polis orqanı tərəfindən MMC-yə ünvanlanmış və 06 fevral 2023-cü il tarixdə rəsmi qaydada MMC-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş sorğuya 07 fevral 2023-cü il tarixdə cavab verildiyindən Şəxs MMC-yə münasibətdə inzibati xəta hadisəsinin baş verməsi istisna olunur. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, «AKC İNŞAAT” MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmiş və bununla da inzibati xəta hadisəsi baş verməmişdir. Belə olan halda MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilməlidir. .Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: «AKC İNŞAAT” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından AR İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-1174/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1174/2023
07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver