Məhkəmə qərarları › İş №3(008)-1208/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1208/2021

11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1208/2021 11.02.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İnzibati xəta haqqında protokoldan şikayət verən şəxs X3 iştirakı ilə, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan-X3 Bakı Şəhər Dövlət X13 xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X6 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət X13 xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və "ÇİÇƏK YAĞİŞİ" gül mağasının sifarişlərini vaxtında yerinə yetirə bilmədiyi üçün 400 manat dəymiş zərərin, xx.xx.2020-ci il tarixdən işsiz qalmış günlərə görə hər iş günü üçün 20 manat və mənəvi zərərə görə 2000 manat məbləğin X4 ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış qərarından şikayət verilmiş inzibati orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət X13 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət X13 nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Şikayət vermiş şəxs X6 məhkəmə iclasında şikayətini müdafiə edərək şikayətini onunla əsaslandırmışdır ki, özü ünvan 3 ünvanında fəaliyyət göstərən "ÇİÇƏK YAĞİŞİ" gül mağasında sifarişlərin çatdırılması sahəsində çalışır. xx xxxxxxxx 2020-ci il tarixdə, saat 19:00 radələrində, Yasamal rayonu, "GÜNƏŞ" X5 yaxınlığında Dövlət Yol Polisinin ** YP *** xidməti polis avtomobilinin ekipajı, (YPX inspektoru Polis Baş X1) idarə etdiyi 2006-cı ilin buraxılışı, ** HY *** qeydiyyat nömrəli, «VAZ 21074» markalı minik avtomobilini saxlayaraq Azərbaycan Respublikasının «Yol Polisi haqqında» Qanunun 4.2 və 4.3-cü maddəsini pozaraq, özünü təqdim etmədən X11 istinad edərək «istismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi» iddiası ilə avtomobil müvəqqəti duracağa aparılmışdır. YPX əməkdaşı qanunsuz olaraq onun idarə etdiyi avtomobili müvəqqəti duracağa apararkən, ona protokol təqdim etməmiş və avtomobilin müvəqqəti duracağa aparılması üçün evakuator çağırmadan YPX polis əməkdaşı özü idarə edərək avtomobili müvəqqəti duracağa aparmışdır. Həmin vaxt YPX polis əməkdaşı öz vəzifə mövqeyindən sui istifadə edərək onun qanuni xahişlərini qərəzli olaraq rədd etmiş və ona hədə qorxu gəlməklə eyni zamanda təhqir etmişdir. 2006-cı il buraxılışı, ** HY *** dövlət qeydiyyat nömrəli, «VAZ 21074» minik avtomobilin üzərində olan avadanlıqlar zavod istehasalıdır. Heç bir avadanlıq üzərində konstruksiyasının parametrləri pozulmamışdır. Bundan əlavə 3 saat ərzində heç bir mütəxssis rəyi verilməmiş və həmçinin nəqliyyat vasitəsinin mühafizə olunan duracaqda saxlanılması üçün heç bir protokol tərtib edilməmişdir. ** HY *** dövlət qeydiyyat nömrəli, «VAZ 21074» minik avtomobilinin müvəqqəti olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağında saxlanılmasına görə "ÇİÇƏK YAĞİŞİ” gül mağasının sifarişlərini vaxtında yerinə yetirə bilmədiyi üçün 400 manat maddi zərər vurulmuşdur. O, 2 aydır ki, işsiz qalmış və gündəlik qazancdan da məhrum olmuşdur. Bundan əlavə 2 ay ərzində keçirdiyi əsəb-stressə görə səhhətində problemlər yaranmış, mənəvi əzab çəkmişdir. Maddi - mənəvi zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Mənəvi zərər bilavasitə zəzər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş maddi zərər ilə birlikdə, yaxud maddi zərər vurulmadığı hallarda kompensasiya edilir. O, xx xxxxxxxx 2020-ci il tarixdə Bakı Şəhər Dövlət X14 rəsmi qaydada müraciət etmiş, lakin müraciətinə cavab verilməmiş və qanuni tədbir görülməmişdir. Azərbaycan Respublikasının Prezidentinə, Birinci Vitse-Prezidentinə, Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Baş Prokuroruna, Bakı Şəhər Prokuroruna və Bakı Şəhər Baş Polis İdarəsinə edilmiş müraciətdən sonra, xx xxxxxxxx 2020-ci il tarixli qərar ona təqdim edilmişdir. Səlahiyyətli orqan inzibati xəta haqqında iş üzrə xx xxxxxxxx 2020-ci il tarixdə qərar qəbul edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 50 (əlli) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq etmişdir. Məhkəmədən Bakı Şəhər Dövlət X9 barəsində qəbul edilmiş inzibati tənbeh tətbiq edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərarın qanunsuz olduğundan ləğv edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şikayətçi X3 izahatını dinləyib, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət X13 xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edir ki, şikayət qismən təmin olunmalı, həmin qərar ləğv edilməli və işə yenidən baxılması üçün Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nə göndərilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərara əsasən X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 128.1-ci maddəsnin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə qeyd edir ki, hər bir şəxs ictimai münasibətlərə uyğun davranmalı, ictimai münasibətlərin pozulmasına yönələn hərəkətlərdən çəkinməlidir. Hüquqazidd əməl nəticəsində ictimai münasibətlərə qəsd edən şəxs inzibati məsuliyyətə cəlb edilir. Qanunun tələblərindən də göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutların biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. İnzibati xəta törədən şəxs barəsində iş aparılarkən onun iştirakının təmin edilməsi üçün məlumat verilməli, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat əldə edildikdən sonra, onun iştirakı olmadan, yaxud iştirak etdiyi təqdirdə iştirakı ilə barəsində olan inzibati materiala baxılmalıdır. Məhkəmə, inzibati araşdırmanı həyata keçirən səlahiyyətli orqanın vəzifəli şəxsinin inzibati xəta hadisəsini aşkar etdiyini və inzibati xətanın tərkib əlamətlərinə dəlalət edən halları müəyyən etməsinə baxmayaraq, faktiki olaraq təqsirli hesab etdiyi şəxsə lazımı qaydada məlumat vermədən, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilməsi mərhələsində işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə barəsində icraat aparılan şəxsin lazımı qaydada məlumatlandırılmaması, beləliklə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakının təmin olunmaması və qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrin real olaraq həmin şəxsə izah edilməməsi, yekun olaraq araşdırmanın formal olaraq aparılıb qərar qəbul olunmasını qeyd edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğundan qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şikayətin inzibati xəta haqqında iş üzrə icraata xitam verməklə inzibati məsuliyyətə cəlb edilməsindən azad edilməsi barədə dəlili üzrə qeyd edir ki, şəxs barəsində inzibati materiala onun iştirakı olmadan baxıldığından və bu onun müdafiə hüququnun məhdudlaşdırılması kimi dəyərləndirildiyindən, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin iştirakı təmin edilməklə yenidən baxılması hüquqi qiymət verilməli olması qaçılmaz olduğundan, hazırkı halda həmin hal üzrə hər hansı hüquqi dəyərləndirmə aparılması istisna edilir. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, tərtib olunmuş protokol əsasında qanunvericiliyin tələblərini pozulmaqla inzibati xəta haqqında işə baxıldığından, şikayət qismən təmin edilməli, Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin inspektoru X2 xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarı ləğv edilməli, həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nə göndərilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 şikayəti qismən təmin edilsin. Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin inspektoru X2 xx xxxxxxxx 2020-ci il tarixli, TP ******* nömrəli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nə göndərilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar