Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1209/2021 26.02.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədirliyi Həsənova Familə Məmməd qızının katibliyi ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs-in Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Departamentindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Departamentindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə baxılması üçün Şəxs-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs tərəfindən Bakı şəh., Sabunçu rayonu Zabrat qəsəbəsi, M.Əliyev küçəsi ünvanında 13 (on üç) ədəd ağac və kol bitkilərini kəsərək məhv edilmişdir. Şəxs tərəfindən «Yaşıllığın Mühafiəzəsi» haqqında Qanunun 10 və 13-cü maddələrinin tələbləri pozulmuşdur. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin nümayəndəsi X2 izahatında göstərmişdir ki, Şəxs tərəfindən Bakı şəh., Sabunçu rayonu, Zabrat qəsəbəsi, Mirzəağa Əliyev küç., (Nərimanov küç., 6 saylı bina) ünvanda 13 ədəd ağac və kol bitkiləri məhv edilmişdir. Bu fakt iş materiallarında olan foto-şəkillərlə də təsdiq olunur. Ona görə də, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu müdafiə edərək təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq «Prenium Yaşam» MTK-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamış, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Şəxs-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 294 saylı, 17 sentyabr 2019-cu il tarixli Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Sərəncamından görünür ki, Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinin müvafiq rəyləri əsasında qəza vəziyyətində hesab olunmuş, hal-hazırda yararsız olan 8 çoxmənzilli yaşayış binalarının sökülməsi səbəbindən həmin binanın yaşayış sakinlərinin köçürülməsi üçün yeni yaşayış binalarının tikintisi məqsədilə Bakı şəh., Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küç., 6 saylı ünvanda 0.70 ha torpaq, Sabunçu qəsəbəsi, B.Bünyadov küç., 7 A saylı ünvanda 0.15 ha torpaq A.Əsədullayev küç., 27 saylı ünvanda 0.14 ha M.Ə.Rəsulzadə küç., dalan 03, 2 saylı ünvanda 0.35 ha torpaq sahələri Bakı şəh., Sabunçu Rayon İcra Hakimiyyətinin balansına verilmişdir. İş materiallarına əlavə edilmiş icarə müqaviləsinin surətindən görünür ki, «X5» MTKin direktoru B.R. Lələyev və «Bakı 6 №li Yol İstismarı» MTK-nin direktoru A.H. Dəmirov arasında xx xxxx 2016-cı il tarixdə bağlanılmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesi 15 ünvanında yerləşən ümumi sahəsi 7.811 m2 olan əmlakın 3.978 m2 hissəsini, KDM-201 asfalt zavoduna və Əlavə-1 də qeyd edilmiş yoltikinti, texnikaları, maşın və mexanizmlər icarəyə verilmişdir. İcarəyə götürülən zavod, yoltikinti texnikaları, maşın və mexanizmlər tərəflər arasında razılaşdırılmış işlər üzrə istifadə edilir. Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 3(008)923/2020 saylı, 19 avqust 2020-ci il tarixli qərarı ilə «Prenium Yaşam» MTK-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair işin icraatına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)1721/2020 saylı, 16 oktyabr 2020-ci il tarixli qərarı ilə «Prenium Yaşam» MT-ın əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair inziabti işin icraatına xitam verilməsinə dair Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Bakı şəh., Sabunçu Rayon Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinə əsasən-şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə-fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inziabti xəta haqqında materialları, iş materiallarına əlavə edilmiş sübutları, məhkəmə iclasında müəyyən olan hallara hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati haqqında iş üzrə icraat aparılan Şəxs-in Azərbaycan Respublikasının İnziabati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 35.000 (otuz beş min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-1209/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1209/2021
26.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver