Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-1214/2023 06.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi ilə, X1 Bakı şəhər BPİ DYPİ-nin 03 yanvar 2023-cü il tarixli, İXP ******* nömrəli protokolunun ləğv olunmasına dair şikayət ərizəsini Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X2 Bakı şəhər BPİ DYPİ-nin 03 yanvar 2023-cü il tarixli, İXP ******* nömrəli protokolunun ləğv edilməsinə dair Bakı şəhər Sabunçu rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. X2 yol hərəkəti qaydalarını pozduğu üçün barəsində Azərbaycan Respublikası İXMnin 342.5-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən məhkəmə iclasının tərəflərin iştirakı olmadan inzibati xəta haqqında işin baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət–şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon məhkəməsinə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin Bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə ərizəyə baxaraq müəyyən etdi ki, qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, protokol əsasında qəbul edilmiş qərardan şikayət nəzərdə tutulduğu halda X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş protokolun ləğv edilməsini xahiş etmiş, eyni zamanda şikayət ərizəsində barəsində şikayət verilən orqanın adı qeyd edilməmişdir. Məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması zamanı qərardad qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutub, QƏRARA ALDİM: X1 Bakı şəhər BPİ DYPİ-nin 03 yanvar 2023-cü il tarixli, İXP ******* nömrəli protokolunun ləğv olunmasına dair verdiyi şikayət ərizəsi geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən işə baxan Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-1214/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-1214/2023
06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver