Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1214/2024 26.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin vəkili X1 iştirakı ilə, hüquqi şəxs "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi şəxs "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə 23 yanvar 2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, hüquqi şəxs "xxxx" ASC Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli, 6-1-26/2-9940/2023 saylı məktubu ilə tələb edilən sənədləri (2022-ci il üzrə səhmdarların ümumi yığıncağının keçirilib-keçirilməməsi barədə məlumat, keçirilibsə həmin yığıncağın protokolu üzrə sözügedən yığıncağa səhmdar Yunis İsmayılovun dəvət edilməsini təsdiq edən sənəd (poçt vasitəsi ilə ünvanlanması barədə) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin vəkili X2 Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmayaraq bildirmişdir ki, bu məzmunda Mərkəzi Bankın sorğusuna tərəflərindən xx.xx.2023-cü il tarixdə cavab verildiyini, ASC-nin uzun müddətdir fəaliyyət göstərməməsi səbəbindən bank hesablarının bağlandığını, odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X4 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 23 yanvar 2024-cü il tarixli, EP seriyalı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs "xxxx" ASC Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli, 6-1-26/2-9940/2023 saylı məktubu ilə tələb edilən sənədləri (2022-ci il üzrə səhmdarların ümumi yığıncağının keçirilib-keçirilməməsi barədə məlumat, keçirilibsə həmin yığıncağın protokolu üzrə sözügedən yığıncağa səhmdar Yunis İsmayılovun dəvət edilməsini təsdiq edən sənəd (poçt vasitəsi ilə ünvanlanması barədə) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs "xxxx" ASC-yə ünvanlanmış 28 noyabr 2023-ci il tarixli 6-1-26/2-9209/2023 nömrəli məktubdan görünür ki, hüquqi şəxsdən 2022-ci il üzrə səhmdarların ümumi yığıncağının keçirilib-keçirilməməsi barədə məlumat, keçirilibsə həmin yığıncağın protokolu üzrə sözügedən yığıncağa səhmdar Yunis İsmayılovun dəvət edilməsini təsdiq edən sənəd (poçt vasitəsi ilə ünvanlanması barədə) əlavə edilməklə 07 (yeddi) gün ərzində Mərkəzi Banka təqdim etməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs "xxxx" ASC-yə ünvanlanmış 25 dekabr 2023-ci il tarixli 6-1-26/2-9940/2023 nömrəli məktubdan görünür ki, hüquqi şəxs tərəfindən 28 noyabr 2023-cü il tarixli 6-1-26/2-9209/2023 nömrəli məktubda qeyd olunan sənədlər Mərkəzi Banka təqdim edilmədiklərindən, həmin sənədlərin 05 (beş) iş gün ərzində Mərkəzi Banka təqdim etmələri tələb olunmuş, əks təqdirdə Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunacaqları barədə xəbərdar olunmuşlar. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2004-cü il tarixində dövlət qeydiyyatına alınmışdır, VÖEN-i **********, hüquqi ünvanı AZ1034, ünvan 2 İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 548.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin vəkili X2 Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmayaraq bu məzmunda Mərkəzi Bankın sorğusuna tərəflərindən xx.xx.2023-cü il tarixdə cavab verildiyini, ASC-nin uzun müddətdir fəaliyyət göstərməməsi səbəbindən bank hesablarının bağlandığını bldirməsinə məhkəmə tənqidi yanaşaraq özünü müdafiə xarakterli izahat kimi qiymətləndirir. Belə ki, "xxxx" ASC-nin nümayəndəsi Mərkəzi Bankın sorğusunu almamalarını iddia etməmiş, belə bir sübut təqdim etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 noyabr 2023-ci il tarixli 6-1-26/2-9209/2023 nömrəli və 25 dekabr 2023-ci il tarixli 6-1-26/2-9940/2023 nömrəli məktubları ilə tələb edilən sənədləri və məlumatı Mərkəzi Banka təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-1214/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1214/2024
26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver