Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-1217/2023 09.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin polis sahə inspektoru, polis leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsi tərəfindən Şəxs barəsində 24 fevral 2023-cü il tarixli MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işini başlanılmasının rədd edilməsi barədə qərara əsasən Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə müraciət edərək, təmir aləti və işıq sayğacının oğurlanmasını bildirmiş, xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində ona məxsus olan ünvan 1 ünvanında yerləşən bağ evinə gəlmiş, işıq sayğacının naqillərinin kəsildiyini, evin pəncərələrinin açıq olduğunu görmüş, evə daxil olduqda isə otaqda olan sap ilə dolu olan sandığın sındırılmasını, içərisində olan sapın ətrafa dağıdılaraq bir hissəsinin zibil qutusuna atılmasını aşkar etmişdir. Zərərçəkmiş şəxs müraciəti əsasında material üzrə cinayət işinin başlanması rədd edilmiş, əməli törətmiş naməlum şəxs barəsində İXM-nin 232-1-ci maddəsinin tələbinə əsasən inzibati təsir tədbrləri görülməsi qərara alınmışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin polis sahə inspektoru, polis leytenantı X2 protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində İXM-nin 232-1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs izahatında onun mənzilindən əvvəllər oğurluq hadisəsinin baş verdiyini, həmin əməllərin törədilməsində Şəxs şübhələndiyini, həmçinin hazırki iş üzrə cinayət işinin rədd edilməsi barədə qərardan prokurorluğa və məhkəməyə şikayət verdiyini bildirmiş, bu barədə məhkəməyə ərizə təqdim edərək işin Sabunçu rayon Polis İdarəsinə təkrar araşdırma üçün qaytarılmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında sərxoş olduğu üçün hazırki əməli törətdiyini, Zərərçəkmiş şəxs mənzilindən əvvəllər törədilmiş oğurluq hadisəsində iştirak etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Cinayət işinin rədd edilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında material üzrə cinayət işinin başlanması rədd edilmiş, əməli törətmiş naməlum şəxs barəsində İXM-nin 232-1-ci maddəsinin tələbinə əsasən inzibati təsir tədbrləri görülməsi qərara alınmışdır.Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixli cinayət işinin rədd edilməsi barədə qərardan narazıdır, həmin qərarın ləğv edilməsi üçün prokurorluğa və məhkəməyə şikayət təqdim etmişdir, buna görə də hazırki iş üzrə materialın geri qaytarılmasını xahiş etmiş, məhkəməyə bu barədə ərizə təqdim etmişdir. Beləliklə, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə şikayəti üzrə yekun qərar qəbul edilmədiyindən, işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində toplanmış material natamam olduğundan və işə baxılıb tamamlamaq mümkün olmadığından həmin material Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Sabunçu Rayon Polis İdarəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-1217/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-1217/2023
09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver