Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1219/2024 22.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, Şəxs etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon Dövlət X4 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Dövlət X3 daxil olmuş 13 sentyabr 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs inzibati xəta törədilən zaman mülkiyyətində olan nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində rəsmi qaydada təqdim etməmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 öz izahatında polis orqanı tərəfindən müvafiq sorğunu aldıqları gündən zəruri məlumatların 5 gün müddətində polis orqanına verildiyini bildirərək bu barədə sənədləri məhkəməyə təqdim etmiş və MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakı təmin edilməmiş və nümayəndənin iştirak etməmə səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə inzibati işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 13 sentyabr 2023-cü il tarixli, İXP ******* saylı protokoldan görünür ki, hüquqi şəxs Şəxs Sabunçu Rayon Polis İdarəsinin X8 Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan “KAMAZ 55111 Ş-də KTA-25 Xüsusi təyinatlı” markalı, ** JB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Sabunçu Rayon Polis İdarəsinin Dövlət X6 təqdim etməmişdir. Bakı şəhəri Sabunçu rayon X8 Şöbəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, qeyd olunan məktub Şəxs MMC-də 21 avqust 2023-cü il tarixdə ad və soyadı məlum olmayan tərəfindən xəbərnaməyə imza edilməklə qəbul olunmuşdur. Poçt qəbzinin üzərində olan ştrix-kod (SX005562780AZ) "xxxx" MMC-nin elektron sisteminin “poçt göndərişlərinin izlənməsi” bölməsinə daxil edilərkən müəyyən edilmişdir ki, Sabunçu Rayon Dövlət X3 Şəxs MMC-nin ünvanına göndərilən sorğunun MMC-yə çatdırılması ilə bağlı məlumat yoxdur. Şəxs etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə təqdim etdiyi Sabunçu rayon Polis İdarəsinin Dövlət X6 ünvanlanan AKC 49/23 nömrəli məktubdan görünür ki, həmin məktubda MMC tərəfindən polis idarəsinə sorğuda qeyd olunan nəqliyyat vasitəsinin nasaz vəziyyətdə olması, 02 avqust 2023-cü il tarixdə həmin avtomobilin idarə olunmadığı bildirilmişdir. 24 avqust 2023-cü il tarixdə təsdiq edilmiş qəbzdən görünür ki, Şəxs tərəfindən Bakı şəhəri Sabunçu Rayon Dövlət X7 ünvanlanmış cavab məktubu elə həmin tarixdə poçt şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə - hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə araşdırması zamanı hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, polis orqanının sorğusu MMC-nin nümayəndəsi tərəfindən 21 avqust 2023-cü il tarixdə qəbul edilmiş və 24 avqust 2023-cü il tarixdə həmin sorğuya rəsmi qaydada cavab verilərək məktub həmin tarixdə poçt şöbəsinə təhvil verilmiş, lakin məktubda göstərilən hallarla bağlı hər hansı araşdırma aparılmadan MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, məktubda polis orqan tərəfindən göstərilən tarixdə “Kamaz” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmaması və nasaz vəziyyətdə olması göstərilsə də, göstərilən xüsusat araşdırılmamış, məhkəməyə təqdim edilmiş həmin avtomobilin fotoşəklindən isə həmin fototunun hansı tarixə aid olmasını müəyyən etmək mümkün olmamışdır. Göstərilən bu hallar, «AKC İNŞAAT” MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinin sübuta yetirilməməsinə və inzibati xətanın mötəbər sübutlarla təsdiq edilməməsinə dəlalət edir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs «AKC İNŞAAT” MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: «AKC İNŞAAT” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-1219/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1219/2024
22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver