Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1219/2025 20.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X11 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X3, Barəsində inzibati qaydada icraat aparılan şəxs X6 müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, X6 müdafiəçisi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 25 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən Vəkil şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 25 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X6 direktoru olduğu “İnd-Svvift Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli qərarı ilə xitam verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 28 avqust 2024-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Eyni inzibati xəta ilə bağlı “İnd-Svvift Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyininn rəhbəri barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Halbuki hüquqi şəxsin əməlində müvafiq inzibati xətanın olmaması adı çəkilən məhkəmə qərarları ilə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X7 mübahisələndirilən 25 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sədrlik edənin s/c olaraq səlahiyyətli orqanın nümayəndəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 25 iyun 2024-cü il tarixli, MN ******* nömrəli qərarın bu günədək səlahiyyətli orqan tərəfindən X8 təqdim edilməsini təsdiq edən sübutu təqdim edə bilmədiyini, buna dair hər hansı sübutunun olmadığını bildirmişdir. Barəsində inzibati qaydada icraat aparılan şəxs X6 müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən Vəkil şikayətin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 25 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sədrlik edənin s/c olaraq nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 25 iyun 2024-cü il tarixli, MN ******* nömrəli qərarın bu günədək səlahiyyətli orqan tərəfindən X8 təqdim edilmədiyini, bu səbəbdən şikayəti gec verdiklərini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında 25 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X4 01 noyabr 2023-cü il tarixdən 30 aprel 2024-cü il tarixədək vəzifəli şəxs X10 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. 01 noyabr 2023-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, X4 ilə “İnd- Svvift Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında əmək müqaviləsi bağlanmış və X4 bölgə meneceri kimi işə götürülmüşdür. 01 noyabr 2023-cü il tarixli, 1 saylı 2023-cü il tarixli istehsalat əmrindən görünür ki, bölgə meneceri X2 AR Əmək Məcəlləsinin129-cu maddəsinin 2-ci bəndinə əsasən 01 noyabr 2023-cü il tarixdən 30 dekabr 2023-cü il tarixədək (daxil olmaqla) 60 təqvim günü müddətinə öz hesabına məzuniyyət verilmiş və işçinin 07 yanvar 2024-cü il tarixdə işə başlamalı olması göstərilmişdir. 01 yanvar 2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında 6 saylı əmrin surətindən görünür ki, X4 ilə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən xitam verilmişdir. “İnd-Svvift Limited” şirkəti tərəfindən X2 ünvanlanmış 01 noyabr 2023-cü il tarixli müqavilədən görünür ki, o, “İnd-Svvift Limited” şirkəti tərəfindən AR-da bğlgə münüceri təyin edilmiş, işçinin əmək haqqı, xidmət aparacğı bölgə, işlədiyi bütün müddət ərzində şirkətin işçisi olduğu qeyd edilmiş, eyni zamanda gəlir vergisi, sağlıq sığortası və digər ödəmələrə görə özünün məsul olduğu, işçi ilə işəgötürən arasında yaranmış mübahisələrin Hindistan qanunlarına əsasən Hindistanın Chandigarh birlik ərazisi məhkəməsi tərəfindən həll olunacağı qeyd edilmişdir. 30 aprel 2024-cü il tarixli işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair sənəddən görünür ki, X4 ona təyin olunmuş ərazidə (Azərbaycanda) gözlənilən nəticələrə nail olmadığından onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 3(008)- 4283/2024 saylı qərarından görünür ki, “İnd-Svvift Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 3(103)-1711/2024 saylı qərarından görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 3(008)-4283/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəflərin çıxışlarını dinləyib, məhkəməyə təqdim edilmiş sənədləri tədqiq edib, şikayətin dəlillərini araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli, X6 AR İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 25 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarında “İnd-Svvift Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə X4 arasında 01 noyabr 2023-cü il tarixdə əmək müqaviləsinin bağlanılaraq elə həmin tarixdən işçiyə əmək məzuniyyətinin verilməsini, məzuniyyətdən sonrakı günlərdə 30 aprel 2024-cü il tarixədək şirkətin özü ilə olan əmək müqaviləsinin qüvvədə olduğunu, işçi ilə əmək müqaviləsinə “İnd-Svvift Limited” şirkəti tərəfindən xitam verildikdən sonra isə (nəzərə alınsa ki, filial və nümayəndəlik hüquqi şəxs deyil və bu halda əmək müqaviləsinə xitam verilməsinin tarixi məhz “İnd-Svvift Limited” şirkəti tərəfindən işçisi ilə müqavilənin ləğv olunduğu (30 aprel 2024-cü il) tarix hesab olunmalıdır) şirkətin Azərbaycan Respublikasında olan nümayəndəliyində X1 X10 tərəfindən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsini təsdiq edən hər hansı sənədin və ya sübutun iş materiallarına əlavə edilmədiyini, əksinə iş materiallarında olan sənədlərlə bu halın mövcudluğunun istisna edildiyini nəzərə alaraq X6 əməlində inzibati xəta tərkibinin olmaması qənaətinə gəlir. Məhkəmə göstərilən halları, qanunvericiliyin tələblərini, o cümlədən, eyni inzibati xəta ilə bağlı X6 direktoru olduğu “İnd-Svvift Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə bağlı qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin qərarında göstərilən mövqeyi nəzərə alaraq hesab edir ki, X6 əməlində AR İXM-nin 192.1-ci maddəsinin tərkibi olmadığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 25 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Odur ki, məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, X6 AR İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 25 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X10 barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X6 AR İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 25 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X10 barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-1219/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1219/2025
20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver