Məhkəmə qərarları › İş №3(008)-1220/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1220/2024

26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1220/2024 26.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 4-cü ərazi X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabunçu Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 4-cü ərazi X3 İdarəsindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati haqqında protokolu tərtib edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 4-cü ərazi X3 İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 4cü ərazi X3 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Protokol onunla əsaslandırılmışdır ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrinin xx.xx.2024-cü il tarixli YTM aparılması haqqında qərara əsasən ünvan 1 ünvanda yerləşən ərazi əməkdaşları tərəfindən planlı yanğın-texniki müayinə keçirilməsi nəzərdə tutulmuşdur. Lakin mağazanın məsul şəxsi S.Seyidov tərəfindən yoxlamaya dair müvafiq sənədlər təqdim edilməmiş, yoxlama aparılmasına şərait yaradılmamışdır. Məhkəmə iclasında iştirak edən Şəxs MMC- nümayəndəsi X2 izahatında bildirmişdir ki, təmsil etdiyi cəmiyyət barəsində tərtib edilmiş protokolla razı deyil. Çünki qeyd olunan yarımtikili obyekt hal-hazırda fəaliyyət göstərmir. Həmin obyekt hal-hazırda istifadə üçün yararsızdır. Məhkəmədən inzibati işin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə-vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş 00101 nömrəli, xx.xx.2024-cü il tarixli yanğın-texniki müayinəni aparılması haqqında qərardan və əlavə edilmiş digər sənədlərlə təsdiq olunur ki, barəsində inzibati haqqında iş üzrə icraat aparılan Şəxs MMC tərəfindən ünvan 2 ünvanda yerləşən obyektdə yoxlamaya dair müvafiq sənədlər təqdim edilməmiş, yoxlama aparılmasına şərait yaradılmamışdır. Bununla da Azərbaycan Respublikasının İXM-in 602.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs MMC-nin vəzifəli şəxsi Sahib Seyidov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1.000 (min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar