Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1220/2025 04.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, X1 nümayəndəsi Nümayəndə, AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, X1 nümayəndəsi Nümayəndə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş DYPİ-nin inzibati tənbeh vermə haqqında 15 dekabr 2024-cü il tarixli, EQ/25058928 nömrəli qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 nümayəndəsi Nümayəndə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş DYPİ-nin inzibati tənbeh vermə haqqında 15 dekabr 2024-cü il tarixli, EQ/25058928 nömrəli qərarın ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayətçinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, xx.xx.2024 il tarixdə saat 09.40-da AR İXM-in 332.3 maddəsinə əsasən etibarnamə verdiyi oğlu Nicat Azadəliyevə EQ/25058928 saylı protokola (sonradan qərar) əsasən 400 manat cərimə edilməsi barədə sms gəlmişdir. Həmin cərimə **-EY-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” markalı avtomobilin idarə edilməsi zaman yazılmışdır. Avtomobil onun (Nümayəndə) mülkiyyətindədir və daimi istifadəsindədir. Nadir hallarda oğlu Nicat Azadəliyev idarə edib. xx.xx.2021 il tarixdə Nicat Azadəliyevə etibarnamə verildiyindən cərimə onun adına gəlmişdir. xx.xx.2024 tarixdə avtomobili o (Nümayəndə) idarə etmişdir. Pozuntu mübahisəsizdir, videofaktla təsdiqlənir. Oradan görünür ki, pozuntu ondan ibarət olub ki, 90km.s olan sürət həddi olan yerdə 102 km.s. surət olmaqla AR İXM-in 328.1 maddəsinin pozuntusu baş verib. Məsələ ilə bağlı DYP-ǝ e-müraciət etdikdən sonra həmin pozuntuya dair eyni nömrəli (EQ/********) və eyni tarixli (xx.xx.2024 il) yeni protokol daxil olur (surəti əlavə edilir). Bu protokol həqiqəti əks etdirir. Bu dəfə yenə də Nicat AR İXM-in 328.1-ci mad. üzrə 10 man cərimələnir. Halbuki, bir daha qeyd edir ki, bu pozuntunu o etmişdir. DYP-nin sisteminde pozuntu qeydiyyatı adına sonuncu etibarnamə yazılmış şəxsə aid edilir. Beləliklə, xx.xx.2024 tarixdə sözügedən yol qaydaları pozuntusu baş verir 12km/s sürət aşma). Pozuntunu o edir, lakin Nicatın sürücülük hüququndan 1 il məhrumiyyəti olduğundan o, AR İXM-in 332.3 maddəsinə sasən sürücülük hüququ olmadan (məhdudlaşmış) avtomobili idarə etməsi səbəbi ilə 400 manat cərimələnir. DYPnə və işin hallarını izah edib xahiş edir ki, 400 m cərimə silinsin və yalnız 10 m. cərimə qalsın. Əlavə olaraq xx.xx.2024 tarixdə Nicata verdiyi etibarnaməni ləğv edib sözügedən pozuntu və bundan sonra baş verəcək pozuntu sistemdə onun adına qeydə alınsın. Belə ki, Nicat 2024 ilin iyun ayında yazılmış cəriməni unudaraq 3 ay ərzində (3 ayan gec ödədiyindən) ödəmədiyindən onun üzərində "məhrumiyyət" statusu vardır (AR İXM 529.3). Bu səbəbdən sistemdə pozuntunu o etsə də Azadəliyev Nicatın adına AR İXM-in 332.3 maddəsi üzrə 400 manat cərimə yazılmışdır. Bu isə ona münasibətdə aidiyyətsiz qərardır. Nicat Azadəliyev 30 iyul 2024 il tarixdən həqiqi hərbi xidmətdədir. xx.xx.2024 il tarixdə Salyan rayonu Çuxanlı kəndində AR Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsində xidmət edir. O, yalnız bu yaxınlarda, 12-22 yanvar 2025 il tarixlərdə məzuniyyətə buraxılaraq Bakı şəhərində olmuşdur. xx.xx.2024 tarixdə Nicat avtomobili idarə etməyib, idarə edə bilməzdir və pozuntunu da edə bilməzdi. Məhkəmədən şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X5 izahatında göstərmişdir ki, EQ/25058928 nömrəli qərarla tanışdır, müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. İş materiallarına əlavə edilmiş EQ 25058928 nömrəli, 15 dekabr 2024-cü il tarixli qərardan görünür ki, X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi inzibati xəta haqqında qərar qəbul edilmişdir. Bundan əlavə eyni tarixli EQ/25058928 nömrəli qərarla X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə inzibati xəta haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə-on manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-ci maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətçi tərəfindən təqdim edilmiş hərbi biletin surətindən görünür ki, Nicat Azadəliyev 30 iyul 2024 il tarixdən həqiqi hərbi xidmətdədir. xx.xx.2024 il tarixdə Salyan rayonu Çuxanlı kəndində AR Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edir. Bundan əlavə şikayətçinin nümayəndəsi Nümayəndə izahtında göstərmişdir ki, inzibati xəta **-EY-*** nömrəli “Toyota Camry” markalı avtomobili idarə edilməsi zaman yazılmış və avtomobil onun mülkiyyətində və daimi istifadəsində olmuş, həmin tarixdə özü idarə etmişdir. **-EY-*** nömrəli “Toyota Camry” markalı avtomobil üzrə Nümayəndə tərəfindən X2 verilmiş etibarnaməyə xitam verilmişdir. Göründüyü kimi X4 nəqliyyat vasitəsini hərbi xidmətdə olduğu üçün idarə etmək imkanın olması mümkün deyildir. Belə olan halda AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən EQ/25058928 nömrəli xx.xx.2024-cü il tarixli qərar qəbul edilərkən şikayətçinin dəlilləri araşdırılmamışdır. Ona görə məhkəmə hesab edir, səlahiyyətli orqanın gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar araşdırılmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə, inzibati araşdırmanı həyata keçirən səlahiyyətli orqanın vəzifəli şəxsinin inzibati xəta hadisəsini aşkar etdiyini və inzibati xətanın tərkib əlamətlərinə dəlalət edən halları müəyyən etməsinə baxmayaraq, faktiki olaraq xətanın kim tərəfindən törədilməsini araşdırmamış, X1 nəqliyyat vasitəsinin idarə edən şəxs olub-olmamasına qiymət verməmiş, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilməsi mərhələsində işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə barəsində icraat aparılan şəxsin lazımı qaydada məlumatlandırılmaması, beləliklə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakının təmin olunmaması, yekun olaraq araşdırmanın formal olaraq aparılıb qərar qəbul olunmasını qeyd edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğundan qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd edilən inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X4 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinin dispozisiya şərtlərini sübut edən hallar tam əks olunmamışdır. Təqsirliliyi sübut etmə yükü məhkəmənin və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, tərtib olunmuş protokol əsasında qanunvericiliyin tələblərini pozulmaqla inzibati xəta haqqında işə baxıldığından, şikayət qismən təmin edilməli, X4 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş DYP-nin inzibati tənbeh vermə haqqında 15 dekabr 2024-cü il tarixli, EQ/25058928 nömrəli qərarın ləğv edilməli, yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi BDYPİ-nə göndərilməlidir. Bu səbəbdən yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: X1 nümayəndəsi Nümayəndə şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş DYP-nin inzibati tənbeh vermə haqqında 15 dekabr 2024-cü il tarixli, EQ/25058928 nömrəli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-1220/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1220/2025
04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver