Məhkəmə qərarları › İş №3(008)-1223/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1223/2023

27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1223/2023 27.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhər BPİ-nin X7 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı Şəhər BPİ-nin X7 İdarəsindən daxil olmuş 20 fevral 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı şəhəri, Heydər Əliyev-Ziya Bünyadov prospektində hərəkətdə olarkən sürücülük hüququ olmadan idarə etdiyi “OPEL ASTRA minik” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobillə X2 məxsus “TOYOTA” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və sonuncu avtomobilə maddi ziyan vurmuş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhər BPİ-nin X7 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 ifadəsində göstərmişdir ki, Şəxs Bakı şəhəri, Heydər Əliyev-Ziya Bünyadov prospektində hərəkətdə olarkən sürücülük hüququ olmadan idarə etdiyi “OPEL ASTRA minik” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobillə X2 məxsus “TOYOTA” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və avtomobilə maddi ziyan vurmuşdur. Buna görə də Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, 20 fevral 2023-cü il tarixdə saat 17:30 radələrində etibarnamə əsasında idarə etdiyi “OPEL ASTRA minik” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Z.Bünyadov prospektində hərəkətdə olarkən qarşısında maneə olduğu üçün sola manevr edib yerdəyişmə aparan zaman sol ilə hərəkət edən “TOYOTA” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə avtomobilə maddi ziyan vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə baş verən zaman avtomobildə tək olmuşdur. Sürücülük vəsiqəsi olsa da, lakin həmin vaxt müddəti başa çatmışdır. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini və barəsində inzibati cərimə növündə tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 20 fevral 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri, Heydər Əliyev-Ziya Bünyadov prospektində sürücülük hüququ olmadan idarə etdiyi “OPEL ASTRA minik” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə X2 məxsus nəqliyyat vasitəsi ilə toqquşaraq, maddi ziyan vurduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi barədə protokol tərtib edilmişdir; Bakı Şəhər BPİ-nin DYPİ-nin YNHÜŞ inspektoru, polis kapitanı R.Rüstəmli tərəfindən Şəxs və X1 iştirakları ilə tərtib edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə Bakı şəhəri, Ziya Bünyadov prospektində baş vermiş, “OPEL ASTRA minik” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil manevretmə qaydalarını pozduğu üçün “TOYOTA minik” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobillə arxadan toqquşmuşdur; zərərçəkmiş şəxs X1 Bakı Şəhər BPİ-nin DYPİ-də verdiyi izahatından aydın olur ki, 20 fevral 2023-cü il tarixdə saat 17:30 radələrində Ziya Bünyadov prospektində idarə etdiyi “TOYOTA” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən ondan sağla hərəkət edən “OPEL ASTRA minik” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında maneə olduğu üçün sola manevr edərək yerdəyişmə aparan zaman onun avtomobili ilə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır, lakin onun avtomobilinə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar