Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1233/2024 19.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X11 qızının katibliyi, X1 vəkili Vəkil iştirakı ilə, X3 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci və 447.0.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati xəta haqqında” Protokol və bunun əsasında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərar tərtib edilmişdir. Qərara əsasən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli 4k22Wjx/LAB05- 23019-T-019 nömrəli sınaq protokoluna əsasən "xxxx" MMC-nin idxal etdiyi xx.xx.2021/xx.xx.2024-cü il tarixli “Prenat Tablet” qida əlavəsinin etiket məlumatlarında uyğunsuzluq çıxmışdır və nəticədə vəzifəli şəxs X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 1500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Göstərilən Qərar inzibati orqan tərəfindən X3 nümayəndəsinə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. “İnzibati tənbeh vermə haqqında” Qərar onunla əsaslandırılmışdır ki, istehlak bazarlarına nəzarət məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı ticarət şəbəkələrindən götürülmüş "xxxx" MMC tərəfindən idxal olunmuş xx.xx.2021-ci il istehsal tarixli—xx.xx.2024-cü il son istifadə tarixli “Prenat Tablet” əmtəə nişanlı bioloji aktiv qida məhsullarından nümunələr götürülərək laborator müayinələrin aparılması məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına verilmişdir. xx.xx.2023-cü il tarixli 4k22V\/jx/LAB05- 23019-T-019 nömrəli sınaq protokoluna əsasən “Prenat Tablet” əmtəə nişaniı bioioji aktiv qida məhsulunda Dəmir, Vitamin B1, Mis, Kalsium, Vitamin B6, Vitamin B9, Vitamin B2, Vitamin B12, Sink, Vitamin C və Maqneziumun miqdarı etiket məlumatlarına uyğun olmamışdır. Bununla da, “X5” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin və Azərbaycan Respublikasının Naziriər Kabinetinin ‘Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarının təsdiq edilməsi haqqında” 10 iyul 2018-ci il tarixli, 287 saylı Qərarının 5.5 və 6.3-cü bəndlərinin tələbləri pozulmuşdur. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərar əsassızdır və aşağıdakı əsaslara görə məhkəmə qaydasında ləğv olunaraq icraata xitam verilməlidir: 1 . İş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası Qida Təhiükəsiziiyi Agentliyinin Bakı Regionai Böiməsinin xx.xx.2024-cü ii tarixli YPK/0040- 24 nömrəli “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə”, xx.xx.2024-cü il tarixli İD ********** nömrəli “X2 dayandırılması haqqında” və xx.xx.2024-cü il tarixli YPK/0040-24 nömrəli “Yoxlamanın nəticələri üzrə” Qərarları "xxxx" MMC barəsində qəbul edilsə də, inzibati orqan əsassız şəkildə “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli MN ******* nömrəli Qərarı "xxxx" MMC barəsində yox, onun vəzifəli şəxsi kimi mənim barəmdə çıxartmışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci və 447.0.3-cü maddələrinə əsasən inzibati cərimə mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) öiçüsünə, çəkisinə, hesabına, habeiə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına və standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə tətbiq olunur. Hazırki iş üzrə də, inzibati orqan yazılı tələblərini "xxxx" MMC-yə ünvanlasa da, heç bir əsas olmadan cəriməni vəzifəli şəxsə tətbiq etmişdir. Bu isə İXMnin 447.0.1-ci və 447.0.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmamışdır. Beləliklə də, inzibati orqan tərəfindən tərtib olunan xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın heç bir hüquqi əsası yoxdur. Əgər ortada hər hansı bir inzibati xəta varsa, o zaman inzibati orqan protokoi və qərar inzibati xətanı törədən hüquqi şəxs - "xxxx" MMC barəsində tərtib etməli idi. 2 . xx.xx.2024-cü il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarın əsasını təşkil edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2024-cü il tarixli YPK/0040-24 nömrəli “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə”, xx.xx.2024-cü il tarixli İD ********** nömrəli “X2 dayandırılması haqqında” və xx.xx.2024-cü il tarixli YPK/0040-24 nömrəli “Yoxlamanın nəticələri üzrə” Qərarlarının heç biri qanuni qüvvəyə minmədən, yəni 30 günlük şikayət müddəti gözlənilmədən, həmin Qərarların əsasında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərar qəbul olunmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi hazırda barəsində qərar qəbul etdiyi hüquqi şəxsin həmin qərarı məhkəmə qaydasında mübahisələndirib-mübahisələndirməyəcəyini gözləmədən və Qərarla qanuni qüvvəsini almadan inzibati cərimə tətbiq etməklə prosessual ardıcıllığı təmin etməmiş və Azərbaycan Respublikası İXM-nin tələblərini pozmuşdur. Beləliklə yekunda bir daha bildirirəm ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli "İnzibati tənbeh vermə haqqında'' Qərarı həm yanlış şəxs barəsində tərtib edilmiş, həm də həmin qərarın əsasını təşkii edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2024-cü il tarixli YPK/0040- 24 nömrəli “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə”, xx.xx.2024-cü il tarixli İD ********** nömrəli “X2 dayandırılması haqqında” və xx.xx.2024-cü il tarixli YPK/0040-24 nömrəli “Yoxlamanın nəticələri üzrə” Qərarlar qanuni qüvvəyə minmədiyinə görə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci və 447.0.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2024cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsi və inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 vəkili Vəkil şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin nümayəndəsinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı X9 Kərimov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X3 həmin tarixdə Azərbaycan Respublikası İXM-nin 447.0.1 və 447.03-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin məsləhətçisi X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixli sınaq protokoluna əsasən xx.xx.2021/xx.xx.2034-cü il tarixli prenat qida əlavəsinin etiket məlumatlarında uyğunsuzluq çıxması barədə X3 Azərbaycan Respublikası İXM-nin 447.0.1 və 447.03-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. xx.xx.2024-cü il tarixli YPK/0040-24 saylı “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” qərardan görünür ki, aptek şəbəkələrində satışı həyata keçirilən "xxxx" MMC-yə məxsus xx.xx.2021-ci il istehsal tarixli xx.xx.2024-cü il son istifadə tarixli “prenat Tablet” əmtəə nişanlı bioloji aktiv qida məhsulunun dövriyyədən çıxarılması və xx.xx.2024-cü il tarixinədək satış şəbəkələrindən geri çağrılması qərara alınmışdır. X2 dayandırılması haqqında İD ********** saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, “Prenat Tablet” əmtəə nişanlı tablet bioloji aktiv qida məhsullarının təqdim edilmiş X2 qüvvəsi dayandırılmış, sözügedən bioloji aktiv qida məhsullarına dair lisenziyanın dayandırılmasına əsas verən hallar 37 gün müddətində aradan qaldırılaraq bu barədə Agentliyin Bakı regional bölməsinə məlumat verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2024-cü il tarixli YPK/0040-24 nömrəli yoxlamanən nəticələri üzrə qərarından görünür ki, "xxxx" MMC-də aparılan yoxlamanın nəticəsi olaraq aşkar olunmuş pozuntular xx.xx.2024-cü il tarixinədək aradan qaldırılması, bu barədə Agentliyin Bakı regional bölməsinə məlumat verilməsi, xx.xx.2023-cü il tarxli “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” qərar qüvvədə saxlanılmış, eyni zamanda xx.xx.2023-cü il tarixli “X2 dayandırılması haqqında” qərar qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı X9 Kərimov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında qərarına əsasən X3 həmin tarixdə Azərbaycan Respublikası İXM-nin 447.0.1 və 447.03-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X3 vəkili Vəkil şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsində inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlı qoyulmuş əsaslara məhkəmə ayrı-ayrılıqda yer ayırmağı zəruri hesab edir. Belə ki, şikayət ərizəsində ilk olaraq göstərilmişdir ki, , inzibati orqan əsassız şəkildə “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli MN ******* nömrəli Qərarı "xxxx" MMC barəsində yox, onun vəzifəli şəxsi barəsində qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1 və 447.0.3-cü maddələrinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, qanunverici sözügedən inzibati xətanın törədilməsinə görə həm hüquqi şəxslərin həm də vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsini nəzərdə tutmuşdur. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilər. Bundan başqa verilmiş şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2024-cü il tarixli YPK/0040-24 nömrəli “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə”, xx.xx.2024-cü il tarixli İD ********** nömrəli “X2 dayandırılması haqqında” və xx.xx.2024-cü il tarixli YPK/0040-24 nömrəli “Yoxlamanın nəticələri üzrə” Qərarlarının heç biri qanuni qüvvəyə minmədən, yəni 30 günlük şikayət müddəti gözlənilmədən, həmin Qərarların əsasında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərar qəbul olunmuşdur. Məhkəmə tərəfindən şikayətçinin nümayəndəsinə ünvanlanmış suallara verilmiş cavabdan aydın olmuşdur ki, hazırda da sözügedən qərarlar inzibati qaydada (yəni 30 gün müddətində) mübahisələndirilməmişdir. Həmin qərarların mübahisələndirilməsinə dair hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən X3 İnzibati Xətalar Məcəlləsinin 447.0.1 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X3 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-1233/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1233/2024
19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver