Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1237/2020 06.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Şikayətçi X2 iştirakı ilə, xx xxxxxx 1970-ci il tarixdə Ermənistan, Ararat rayonunda anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X3 tərəfindən Bakı şəhər Xətai rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhər Xətai rayon DYPŞ-nin Yol patrul Xidməti İnspektoru polis baş serjantı X1 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərara əsasən X3 xx.xx.2020-ci il tarixdə, saat 12:00-da M.Hadi küçəsi ərazisində “HYUNDAİ ACCENT” minik markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. X3 həmin qərardan şikayət vermişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış qərarından şikayət verilmiş inzibati orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Xətai rayon DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Xətai rayon DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X3 bildirdi ki, xx xxx 2020-ci il tarixdə, saat 12:00-da Xətai rayonu ərazisində idarə etdiyi “HYUNDAİ ACCENT” minik markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı şəhər Xətai rayon DYPŞ-nin Yol patrul Xidməti İnspektoru polis baş serjantı X1 tərəfindən saxlanılmış, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. O, Dövlət Neft Fondunun texniki sahə üzrə əməkdaşı kimi bir qayda olaraq növbəlilik qrafiki əsasında həftənin şənbə- bazar, həmçini bayram günləri də işləyir. Xüsusi karantin rejimi tətbiq olunduğu gündən işçisi olduğu müəssisə tərəfindən əvvəlcədən təsdiq edilmiş növbəlilik rejimi əsasında icazə.gov.az hökümət portalından iş üçün rəsmi icazə alınmışdır. Qeyd olunanlar barədə, səlahiyyətli yol polis əməkdaşını ətraflı şəkildə məlumatlandırsa da, polis əməkdaşı onun həftənin bazar günü yaşayış yerini tərk etməyi üçün icazəsinin olmadığını bildirərək barəsində müvafiq protokol tərtib etmişdir. Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət ərizəsi ilə AR DİN BDYPİ-nə müraciət etmiş, şikayət ərizəsi aidiyyatı üzrə Xətai RPİ-nə göndərilmiş, lakin bu günə kimi heç bir rəsmi cavab almamışdır. O inzibati xəta törətməmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tələblərini pozmamış, inzibati xəta haqqında qərarla razı olmadığını bildirmişdir. Göstərilənləri nəzərə alaraq, şikayətinin təmin olunmasını xahiş edir. Beləliklə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi xx.xx.2020-ci il tarixli, İXP ******* seriyalı protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarla təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iclasında qərarın ləğv olunması üçün X3 tərəfindən heç bir tutarlı sübut məhkəməyə təqdim olunmadı. Beləliklə də inzibati xəta haqqında protokolu və digər sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və X2 şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsinə dair X2 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-1237/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1237/2020
06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver