Məhkəmə qərarları › İş №3(008)-1244/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1244/2021

18.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1244/2021 18.02.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Həsənova Familə Məmməd qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X5 MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X5 MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli İnzibat tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X6 və qərardan şikayət verən şəxs X3 müvafiq qaydada məlumat verilsədə, tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbini bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X4 11 saylı Regional Ekologiya və X5 rəisi X2 xx.xx.2020-ci il tarixli MN 354188 nömrəli protokol əsasında xx.xx.2020-ci il tarixli MN ******* nömrəli qərarı ilə barəsində Azərbaycan Respublikası İXM-nin 253.5.1 (şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin zədələnməsi, tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə) və 253.5.2-ci (meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin zədələnməsi, magistral avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində törədildikdə) maddələri ilə 300 manat məbləğində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Sabunçu Rayonu Yavər Əliyev küçəsi 1/18-də dəmiryolu xəttinin mühafizə zolağında tikinti aparmaqla 24 sm diametrli tut ağacının budağının kəsilməsi və bu ağacın tikinti içərisində qalmasına yol vermişdir. Bakı şəhəri, Y.Əliyev küçəsi 2591-ci məhəllədə 1\18 nömrəli həyətyanı sahədəki yaşıllıqlar xüsusi mülkiyyətdədir və bu səbəbdən İXM-in 253 və 253-1-ci maddələrinin hüquqi qüvvəsi oradakı yaşıllıqlara şamil edilmir. Sabunçu rayon məhkəməsinin xx xxxx 2005-ci il tarixli qətnaməsi ilə təsdiq edilir ki, Eyvaz Qasımov ailə üzvləri ilə birgə 2000-ci ildən Bakı şəhəri, Y.Əliyev küçəsi 2591-ci məhəllədə 1\18 nömrəli evdə yaşayır. Həmin qətnamə ilə onun yaşayış sahəsindən istifadə hüququ tanınaraq pasport qeydiyyatına alınması qət edilmişdir. Eyni zamanda, həmin qətnamədən görünür ki, Bakı şəhəri, Nizami rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2002-ci il tarixli sərəncamı ilə Eyvaz Qasımov və qeyrilərinə fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Şərifli küçəsi 2591-ci məhəllədə 600 kv m. torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi Bakı səhəri, Sərifli küçəsi 2591-ci məhəllə onun qanuni mülkiyyətindədir və həmin torpağa sahibliyi və istifadə hüquqi əsasa malikdir. Məhkəmədən barəsində qəbul edilmiş MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.5.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli saylı qərarla təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.5.1-ci maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə görə-fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər dörd yüz manat miqdarında, hüquqi şəxslər iki min manat miqdarında cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.5.2-ci maddəsinə əsasən magistral avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə görə-fiziki şəxslər üç yüz manat miqdarında, vəzifəli şəxslər altı yüz manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələsinin 253.5.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzabati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 100.4-cü maddəsinin tələbinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X5 MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas ola biləcək sübut növləri şikayətçi X4 tərəfindən məhkəməyə təqdim olunmadı. Bu səbəbdən məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, X4 barəsində qəbul edilmiş MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi barədə şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128- 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: X1 barəsində qəbul edilmiş MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar