Məhkəmə qərarları › İş №3(008)-1256/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1256/2020

12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1256/2020 12.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Şikayətçi X3 iştirakı ilə, xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X5 tərəfindən Bakı şəhər BPİ Dövlət X9 xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhər BPİ Dövlət X11 X2 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərara əsasən X5 xx.xx.2020-ci il tarixdə icazəsi olmadan küçəyə çıxdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X5 həmin inzibati xəta haqqında qərardan şikayət vermişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış inzibati xəta haqqında protokol tərtib etmiş inzibati orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət X9 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət X9 nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokoldan şikayət verən şəxs X5 bildirdi ki, xx xxxxx 2020-ci il tarixində Dövlət Yol Polisi əməkdaşları barəsində qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib etmişlər. Həmin protokolda göstərilir ki, o, xx xxxxx 2020-ci il tarixində, saat 10:00-da Rüstəmov küçəsində “OPEL ASTRA MİNİK” markalı, **- TF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Epidemiya əleyhinə rejimin, sanitariya- gigiyena və karantin rejimi” qaydalarını pozmuşdur. Protokolda qeyd edilir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Həmin protokol əsasında xx xxxxx 2020-ci il tarixində Bakı şəhəri DYPİ tərəfindən barəsində inzibat tənbeh vermə haqqında qərar qəbul edərək onu İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilərək 100 manat məbləğində cərimə etmişdir. xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız hesab etdiyindən aşağıda göstərilən səbəblərə görə ləğv edilməlidir. Bildirir ki, o, Azərbaycan Respublikası Nazirlər Kabineti yanınında Operativ Qəragahın xx xxxx 2020-ci il tarixli karantin rejimi qaydalarının tətbiqi barədə qərarına müvafiq olaraq hərəkət icazəsi olan şəxslərin siyahısında olmuşdur. Belə ki, o, X1 Kömək İctimai Birliyində sürücü işləyir. Protokol yazılan günü xx xxxxx 2020-ci il tarixində də X1 yardım paylamaqla məşğul olmuşdur. X1 Kömək İctimai Birliyi tərəfindən xx xxxx 2020- ci il tarixli 041 saylı arayışında göstərilir ki, “verilir X4” ondan ötrü ki, o, “X1 Kömək” İctimai Birliyinə məxsus marketdə sürücü vəzifəsində işləyir. O inzibati xəta törətməmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tələblərini pozmamışdır. Göstərilənləri nəzərə alaraq, şikayətinin təmin olunmasını xahiş edir. Beləliklə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi xx.xx.2020-ci il tarixli, İXP ******* seriyalı protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* seriyalı qərarla təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iclasında qərarın ləğv olunması üçün X5 tərəfindən tutarlı sübut məhkəməyə təqdim olunmadı. Beləliklə də məhkəmə inzibati xəta haqqında protokolu və digər sənədləri araşdıraraq hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və X3 şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair X3 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar