Məhkəmə qərarları › İş №3(008)-1265/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1265/2023

28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1265/2023 28.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və müdafiəçisi vəkil X1, zərərçəkmiş X6 və müdafiəçisi vəkil X3 iştirakları ilə, 21 oktyabr 1995-ci il tarixdə Naxçıvan MR, Ordubad rayonu, Dəstə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, ev 29da yaşayan -Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7651/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən 24035 (iyirmi dörd min otuz beş) manat əsas borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 24.065 (iyirmi dörd min altmış beş) manat borcun zərərçəkmiş X6 xeyrinə ödənilməsindən yayınır. Bu barədə Sabunçu rayon İcra şöbəsinin icra məmuru X7 tərəfindən MN № ******* saylı, 28 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 izahatında göstərmişdir ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7651/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən 24035 (iyirmi dörd min otuz beş) manat əsas borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 24065 (iyirmi dörd min altmış beş) manat borcun zərərçəkmiş X6 xeyrinə ödənilməsindən yayınır. Bu günə qədər borc məbləğindən 300 manat ödəniş olmuş və borcun qalan hissəsinin tutulması üçün borclunun əmək haqqına yönəldilmişdir. Borclu Şəxs icra vərəqəsi üzrə tələbi bu günə qədər tam icra etmədiyi üçünə tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, borcun olduğunu etiraf edir. Maddi imkanı olmadığından və yeni işə düzəldiyi üçün borcu tam ödəyə bilmir. Fevral ayında 300 manat ödəmişdir. Hər ay hissə-hissə ödəniş edə bilər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X5 göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin borcunun olduğunu etiraf edir. Şəxs işə düzəlmişdir. Fevral ayında zərərçəkmişin depazit hesabına 300 manat ödəniş olmuş və qalan borcun ödənilməsi məqsədi ilə borcun tutulması əmək haqqına yönəldilmişdir. Hesab edir ki, hüquqlarını müdafiə etdiyi şəxsin hərəkətlərində qərəzlilik yoxdur. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş X10 izahatında göstərmişdir ki, pulunun tam ödənilməsini tələb edir. Himayəsində xəstə övladı var. Borclunun ödəməyə imkanı olsada, ödəniş etməkdən müxtəlif bəhanələrlə yayınır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş X6 müdafiəçisi X8 göstərmişdir ki, borcun ödənilməsini tələb edir. Borclu müxtəlif bəhanələr gətirərək ödəniş etməkdən yayınır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7651/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 24035 (iyirmi dörd min otuz beş) manat əsas borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 24065 (iyirmi dörd min altmış beş) manat borcun zərərçəkmiş X6 xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, icra məmurunu, barəsində inzibati protokol tərtib edilmiş şəxsin və müdafiəçisinin, tələbkarın və müdafiəçisinin izahatlarını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair işin icratına xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə-fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, zərərçəkmişin depazit hesabına 300 manat ödəniş edilmişdir. İş materiallarında olan Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli, e50085/2022-4-26-007 saylı məktubu ilə qalan borcun ödənilməsi məqsədi ilə borcun tutulması borclunun əmək haqqısına yönəldilmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7651/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli icra vərəqəsinin icrasından imtina etmir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət yaranır. Göründüyü kimi Şəxs icra vərəqəsinin icrasından imtina etmir. Bundan başqa 16 dekabr 2022-ci il tarixli Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Şəxs X4 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. 26 dekabr 2022-ci il tarixdə isə inzibati həbsdən azad edilmişdir. Qərardan sonra Şəxs 300 manat məbləğində ödəniş etmiş, icra hərəkətlərinin davam etdirilməsi üçün onun əmək haqqısına tutma yönəldilmişdir. Şəxs buna etiraz etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkibi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 62, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar