Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-1267/2025 18.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızı, AR FHN X1 Xidməti Qarabağ Regional X1 İdarəsi tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və əlavə olunmuş sənədlərə baxaraq baxaraq, MÜƏYYƏN ETDİM: AR FHN X1 Xidməti Qarabağ Regional X1 İdarəsi tərəfindən Şəxs MMC barəsində AR İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir.Qeyd edilən inzibati xəta haqqında protokolda ƏN-nin RY-252263657 saylı çıxarışına əsasən "xxxx" MMC-nin Bərdə şəhəri 20 Yanvar küçəsində yerləşən Grand-Mart Bərdə 2 mağazasında keçirilmiş planlı yoxlama zamanı YTQ-nun müvafiq bəndinin tələblərinin pozulduğu qeyd edilmişdir. Bu faktın xx.xx.2025-ci il tarixli 012 saylı planlı Yanğın texniki müayinə aktı ilə təsdiq edildiyi qeyd edilmişdir. İnzibati xəta haqqında materialı araşdırıb belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işin hallarından məlum olur ki, Şəxs MMC-nin məhz Bərdə şəhəri 20 Yanvar küçəsində yerləşən Bərdə mağazasında keçirilmiş planlı yoxlama zamanı YTQ-nun müvafiq bəndinin tələblərinin pozulduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 110-cu maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işin həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olub-olmaması müəyyən edilir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsi”nə dair 17 mart 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə uyğun olaraq hüquqi şəxs tərəfindən hərəkətlə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın faktiki törədildiyi yer hesab edilməlidir.” AR İXM-nin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. AR FHN X1 Xidməti Qarabağ Regional X1 İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokoldan belə məlum olur ki, Şəxs MMC-nin Bərdə şəhəri 20 Yanvar küçəsində yerləşən Bərdə mağazasında keçirilmiş planlı yoxlama zamanı Yanğın Təhlükəsizliyi haqqında Qanunun müvafiq bəndinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə Şəxs MMC məhz Bərdə şəhərində yerləşən mağazasında yol verilmişdir. Şəxs MMC yanğın təhlükəsizliyindən irəli gələn tələbləri yerinə yetirməsindən irəli gələn öhdəliyini Bərdə şəhərində yerləşən mağazada icra etməlidir. İnzibati xətanın törədildiyi yer Bərdə şəhəri hesab olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, AR FHN X1 Xidməti Qarabağ Regional X1 İdarəsi tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola məhz Bərdə Rayon Məhkəməsində baxılmalıdır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 110, 129, 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: AR FHN X1 Xidməti Qarabağ Regional X1 İdarəsi tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər aidiyyəti üzrə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-1267/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-1267/2025
18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver