Məhkəmə qərarları › İş №3(008)-1300/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-1300/2023

01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-1300/2023 01.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanova, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, müəyyənetdim: Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair MN ******* saylı, 01 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir; 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur; 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Hazırki halda məhkəməyə təqdim edilmiş materiallardan görünür ki, material üzrə sadəcə barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatı alınmış, o, həmin izahatında taksi sürücüsündən telefonunu istədiyini, daha sonra oaradan uzaqlaşdığını bildirmiş və səlahiyyətli orqan hadisə əlaqədar zərərçəkmiş şəxsin izahatını almadan özü öz mülahizələri əsasında əmlakı 300 manat dəyərində qiymətləndirmiş və şəxsin əməlində AR İXM-nin 227-ci maddəsinin tərkibinin olması qənaətinə gəlmişdir. Məhkəmı qeyd edir ki, hazırki iş üzrə əmlakının dəyərinin dəqiq və düzgün qiymətləndirilməsi əməlin inzibati xəta və ya cinayət kimi qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyindən məhkəməyə sadəcə inzibati xəta haqqında protokol və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatının təqdim edilməsi məhkəməyə təqdim edilmiş materialların natamam olmasına dəlalət edir. Beləliklə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü PB-dən daxil olmuş inzibati xəta haqqında məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən onları tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında MN ******* saylı, 01 mart 2023-cü il tarixli protokol və ona əlavə olunmuş sənədlər Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü PB-nə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü PB-dən daxil olmuş MN ******* saylı, 01 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü PB-nə geri qaytarılsın. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar