Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1303/2023 02.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X12 İmanovanın sədrliyi, məhkəmə iclas katibi Səfərli Səbinə Pərvin qızının katibliyi, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun nümayəndəsi Əhmədov Mir-Abbas Əhməd oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1953-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Bakı şəhəri Sabunçu rayon prokurorluğunun” Şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlamasına dair 02 mart 2023-cü il tarixli qərar daxil olmuşdur. Həmin qərara əsasən Şəxs 18 may 2022-ci il və 17 iyun 2022-ci il tarixlərdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsində fəaliyyət göstərən fərdi sahibkar X1 Dövlət Vergi Xidmətinin rəsmi geyim formasına bənzər üst geyimindən istifadə edərək özünü Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim etməklə ümumilikdə 10 manat pul vəsaitini dələduzluq yolu ilə talamışdır. Məhkəmə iclasında iştirak edən Əhmədov Mir-Abbas Əhməd oğlu bildirmişdir ki, Şəxs 18 may 2022-ci il və 17 iyun 2022-ci il tarixlərdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsində fəaliyyət göstərən fərdi sahibkar X1 Dövlət Vergi Xidmətinin rəsmi geyim formasına bənzər üst geyimindən istifadə edərək özünü Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim etməklə ümumilikdə 10 manat pul vəsaitini dələduzluq yolu ilə talamışdır. Bu səbəbdən də Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilməyərək qeyd etmişdir ki, o, hazırki material üzrə olan zərərçəkmiş şəxsi tanımır. O, heç vaxt həmin xanımı əvvəllər görməmiş və ondan hər hansı məbləğdə pul almamışdır. O, "xxxx" MMC-də mütəxəssis kimi işləyir. O, heç vaxt heç kəsdən pul istəməmiş və heç kəsi aldatmamışdır. Xahiş edir ki, göstərilən hallar nəzərə alınsın. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 izahatında göstərmişdir ki, o, Şəxs tanımır və onu ilk dəfə bu gün görmüşdür. Xanım adlı şəxs onun işlətdiyi obyektə gələrək "xxxx" MMC-dən gəldiyini, onların xidmətlərindən istifadə edilmə qaydaları barədə məlumat verdiyini, bundan sonra göstərdiyi xidmətə görə 10 manat pul istədiyini, onun 10 manatı olmadığından 5 manata razılaşdığını və lakin 10 manatın ödənilməsi barədə qəbz verdiyini bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq zərərçəkmiş şəxs Şəxs Xanım adlı şəxslə onun işlətdiyi obyektə gəlmədiyini, həmin şəxsi ümumiyyətlə tanımadığını, prokurorluqda verdiyi izahatında Hafiz adlı şəxslə bağlı heç nə bildirmədiyini, izahatında nəyə görə Hafiz adlı şəxsin adının yazıldığını bilmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, o, özü X4 işlətdiyi obyektə gedərək özünü "xxxx" MMC-nin əməkdaşı olduğunu, müvafiq xidmətlərin göstərilməsi üçün X5 MMC-nin xidmətlərini təklif etmiş, bundan sonra ondan həmin gün göstərdiyi xidmətə görə 10 manat pul istəmişdir. Onun fəaliyyət göstərdiyi MMC özü-özünü maliyyələşdirdiyindən onların xidmətləri ödənişlidir. O, X2 10 manat istədikdə Şövkət Mehtiyeva ona 5 manatının olduğunu bildirmiş, o, isə 5 manat verilməsinə etiraz etməmişdir. 5 manat pul vəsaitini götürdükdən sonra üzərində MMC-nin adı olan qəbzi Şövkət Mehtiyevaya təqdim etmişdir. O, X4 işlətdiyi obyektə tək getmiş, Şəxs onunla birlikdə olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu rayon prokurorluğunun” Şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlamasına dair 02 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin qərara əsasən Şəxs 18 may 2022-ci il və 17 iyun 2022-ci il tarixlərdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsində fəaliyyət göstərən fərdi sahibkar X1 Dövlət Vergi Xidmətinin rəsmi geyim formasına bənzər üst geyimindən istifadə edərək özünü Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim etməklə ümumilikdə 10 manat pul vəsaitini dələduzluq yolu ilə talamışdır. Şəxs Bakı şəhəri Sabunçu rayon prokurorluğunda verdiyi izahatından görünür ki, o, özünü törədilməsi ona istinad edilən əməldə təqsirli bilməmiş, ümumiyyətlə Sabunçu rayonu ərazisində fəaliyyət göstərmədiyini, zərərçəkmiş şəxsi tanımadığını və ondan pul istəmədiyini bildirmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən daxil olmuş 01/755 nömrəli material əsasında toplanmış 20-C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surətinin Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli tədqiq edərək belə qənaətə gəlir ki, iş materiallarında olan sənədlərlə və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları ilə Şəxs tərəfindən AR İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmamışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü törədilməsi ona istinad edilən əməldə təqsirli bilməyərək həm prokurorluqda, həm də məhkəmədə verdiyi izahatlarında ümumiyyətlə zərərçəkmiş şəxsi tanımadığını və əvvəllər görmədiyini, onun işlətdiyi obyektdə olmadığını və ondan pul istəmədiyini bildirmişdir. Məhkəmə iclasında izahat vermiş zərərçəkmiş şəxs X8 da Şəxs izahatında göstərdiyi xüsusatları təsdiq edərək onu əvvəllər görmədiyini, Şəxs onun işlətdiyi obyektə ümumiyyətlə gəlmədiyini bildirmiş, həmin hal məhkəmə iclasında şahid qismində izahat vermiş X3 izahatı ilə də öz təsdiqini tapmışdır. Göründüyü kimi, Şəxs AR İXM-nin 227-ci maddəsi ilə təqsirli olması, yəni zərərçəkmiş şəxsi aldadaraq pul vəsaiti əldə etməsi iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamış, əksinə təkzib edilmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şərh olunan əsaslara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş və onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs tərəfindən AR İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmamaqla yanaşı, məhkəmə baxışı zamanı da müəyyən edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata onun həmin maddə ilə təqsiri sübuta yetirilmədiyindən xitam verilməlidir.. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun təqsirliliyi sübuta yetirilmədiyindən AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-1303/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1303/2023
02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver