Məhkəmə qərarları › İş №3(008)-1303/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1303/2024

17.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1303/2024 17.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin DYP şöbəsinin axtarış üzrə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Biləsuvar rayonu, Ağayrı kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri yeni yaşayış massivi, məhəllə 50 ünvanında yaşayan- Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsindən xx.xx.2024-cü il tarixli İPX ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəməyə təqdim edilmiş materiallardan müəyyən olunur ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:20-də narkotik maddədən sərxoş vəziyyətdə idarə etdiyi DAEWOO BS090 markalı, 10TG406 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Sabunçu rayonu, Kürdəxanı yolunda ara məsafəsi seçmədiyi üçün Mercedes markalı 99EC983 dövlət qeydiyyat nişanlı avtomobilə vuraraq toqquşmuş, maddi ziyan yetirmişdir. İdarə etdiyi avtobus ictimai nəqliyyat vasitəsi olmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.4-cü maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş X2 göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:20-də narkotik maddədən sərxoş vəziyyətdə idarə etdiyi ictimai nəqliyyat vasitəsi ilə Sabunçu rayonu, Kürdəxanı yolunda ara məsafəsi seçmədiyi üçün Mercedes markalı 99EC983 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq maddi ziyan yetirmişdir. Bununla əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333-1.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs törətdilmiş inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 10:20-də narkotik maddədən sərxoş vəziyyətdə idarə etdiyi ictimai nəqliyyat vasitəsi olan DAEWOO BS090 markalı 10TG406 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Sabunçu rayonu, Kürdəxanı yolunda ara məsafəsi seçmədiyi üçün Mercedes markalı 99EC983 dövlət qeydiyyat nişanlı avtomobilə vuraraq toqquşmuş, maddi ziyan yetirmişdir. O, narkotik maddə qəbul etsə də, həmin yol nəqliyyat hadisəsinin baş verməsi onun narkotik maddə qəbul edərək sərxoş olması ilə bağlı olmamışdır. Yer su olduğuna görə, ara məsafəsini düzgün təyin edə bilməmiş, nəticədə həmin hadisə baş vermişdir. O, əməlindən peşman olduğunu, ailəli olmaqla, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında materialları araşdırıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq edilir. Belə ki, iş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2024-cü il tarixli 1/182 saylı aktından görünür ki, Şəxs MET(+) qəbulu ilə bağlı narkotik vasitənin istehlakı nəticəsində sərxoşluq vəziyyətinin olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.4-cü maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının İnzibati qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclası zamanı Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətanın xarakterini, Şəxs əməlindən səmimi peşman olmasını və iş üzrə olan digər halları nəzərə alaraq ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla bir ay müddətinə inzibati həbs tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129-130-cu maddələrini rəhbər tutaraq qərar verdi̇ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 1 (bir) ay müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 17 fevral 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan İnzibati Həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan, onun alındığı və ya təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar