Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1304/2023 02.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Bakı şəhər Sabunçu rayon Prokurorunun köməkçisi vəzifəsi üzrə stajor Əhmədov Mir-Abbas Əhməd oğlunun, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs, zərərçəkmiş şəxs X3 iştirakı ilə, xx xxxxxxxx 1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayonu, Məmmədli kəndi, M.P.Vaqif küçəsi, döngə 3, ev 36-da qeydiyyatda olan və yaşayan-Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Prokurorluğu Bakı şəhər Sabunçu rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Vət. Şəxs xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsində sahibkarlıqla məşğul olan X1ndan özünü Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim edərək ümumilikdə 10 manat alaraq xırda talama etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhər Sabunçu rayon X4 tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Sabunçu rayon Prokurorunun köməkçisi vəzifəsi üzrə stajor Əhmədov Mir-Abbas Əhməd oğlu göstərmişdir ki, vət. Şəxs xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsində sahibkarlıqla məşğul olan X1ndan özünü Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim edərək ümumilikdə 10 manat alaraq xırda talama etmişdir. X1 şikayət ərizəsi ilə Dövlət Vergi Xidmətinə müraciət etmiş, həmin şikayət əsasında 02 mart 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bakı şəhər Sabunçu rayon Prokuroru tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, törətdiyi əməli səmimi olaraq etiraf edir. Törətdiyi əmələ görə peşmandır. Aldığı pulu tam olaraq qaytarmışdır. Zərərçəkmiş şəxslə barışmışdır. Söz verir ki, bir daha belə əməllərə yol verməyəcək. Zərərçəkmiş şəxs X5 izahatında bildirmişdir ki, Şəxs bağışlamışdır və aralarında barışıq əldə olunmuşdur. Ona dəymiş ziyan tam olaraq ödənilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş 01 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış materialda cinayət tərkibi əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, tərəfləri dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati işin icratına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə- yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının İnzibati qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X3 Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu və 39.2-ci maddələrinə əsasən, 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və verildiyi gündən işə baxan Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-1304/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1304/2023
02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver