Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1307/2023 02.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Səbinə Şair qızı Səfərlinin katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13cü Polis bölməsinin polis sahə inspektoru, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxx 1980-ci il tarixdə Masis rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Suraxanı rayonu, Dədə Qorqud küçəsi 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında MN ******* saylı, 02 mart 2023-cü il tarixli protokola əsasən Şəxs 22 yanvar 2023-cü il tarixdə, saat 16:30 radələrində Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsində Kərimov Fizuliyə məxsus “Samsung Galaxy A02” markalı 300 manat dəyərində olan telefonu aldadaraq danışmaq üçün almış, lakin geri qaytarmayaraq hadisə yerini tərk etmişdir. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin polis sahə inspektoru, polis leytenantı X3 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, polis əməkdaşları xx.xx.2023-cü il tarixdə İnzibati ərazidə xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli apardığını görərək ona yaxınlaşıb özlərini təqdim etmiş, lakin şəxs suallara qeyri səmimi cavab verdiyindən onu şübhəli şəxs kimi 13-cü Polis Bölməsinə gətirmişlər. Araşdırma zamanı şəxsin xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsində Kərimov Fizuliyə məxsus “Samsung Galaxy A02” markalı 300 manat dəyərində telefon oğurladığı aşkar olunmuş, barəsində cinayət işinin başlanması rədd edildikdən sonra material əsasında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərmişdir ki, o, əməlindən çox peşmandır, bir daha belə hallara yol verməyəcək. Özü 2-ci qrup əlildir. Qeyd olunan halların nəzərə alınıb barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında MN ******* saylı, 02 mart 2023-cü il tarixli protokola əsasən, Şəxs 22 yanvar 2023-cü il tarixdə, saat 16:30 radələrində Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsində Kərimov Fizuliyə məxsus “Samsung Galaxy A02” markalı 300 manat dəyərində olan telefonu aldadaraq danışmaq üçün almış, lakin geri qaytarmayaraq hadisə yerini tərk etmişdir. Şəxs polis bölməsində verdiyi izahatından görünür ki, o, telefon oğurladığını etiraf etmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 31 yanvar 2023-cü il tarixli qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş Şəxs AR İXM-nin 227-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün materiallar sahə inspektoruna göndərilmişdir. xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə polis əməkdaşları İnzibati ərazidə xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli apardığını görərək ona yaxınlaşıb özlərini təqdim etmiş, lakin şəxsiyyəti təsdiq edən sənədi üzərində olmadığından və şəxs suallara qeyri səmimi cavab verdiyindən ərazidə baş vermiş bağlı qalan oğurluq hadisələri ilə bağlı onu şübhəli şəxs kimi 13-cü Polis Bölməsinə gətirmişlər. Araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. AZA 017768 saylı, 02 mart 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 02 mart 2023-cü il tarixdə, saat 13:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı ilə yanaşı, inzibati protokolu tərtib etmiş şəxsin izahatı, iş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin yazılı izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Məhkəmə Şəxs əməlini etiraf edərək peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs əlil olmasını, təqsirli bilindiyi maddənin sanksiyasında ictimai işlər və inzibati həbs növündə tənbeh tədbirlərinin nəzərdə tutulduğunu, əlilliyi olan şəxslərə AR İXM-nin 28.4.1-ci maddəsinə ictimai işlər, həmin 30.2-ci maddəsinə əsasən inzibati həbs növündə tənbeh tədbirlərinin tətbiq edilməsinin istisna edildiyini nəzərə alaraq onun barəsində AR İXM-nin 34-1-ci maddəsinin tətbiq edilməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların müəyyən edilməməsini və AR İXM-nin 28.4.1, 30.2 və 34-1-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalında azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-1307/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1307/2023
02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver