Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-1310/2025 17.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, tələbkarın nümayəndəsi vəkili X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Bakı şəhər Sabunçu rayon Rayon Məhkəməsinin e-2(008)-2352/2023 saylı, 07 noyabr 2023-cü il tarixli icra vərəqəini icra etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən inzibati material daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Bakı şəhər Sabunçu rayon Rayon Məhkəməsinin e-2(008)-2352/2023 saylı, 07 noyabr 2023-cü il tarixli icra vərəqinə əsasən iddiaçı X6 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 429.2 kv.m olan bağ evinin 0.36 ha torpaq sahəsinin 0.30 ha hissəsi, cavabdeh Şəxs adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış və qeydiyyata alınma nömrəsi ********** olan bağ evi və 0,06 ha torpaq sahəsindən naturada ayrılması (bu zaman Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2742 №-li rəyi və ona əlavə edilmiş torpaq sahəsinin bölgü-plan sxemi nəzərə alınsın), ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 429.2 kv.m olan bağ evinin 0.36 ha torpaq sahəsinin 0.30 ha hissəsi cavabdehlər X3 və Şəxs tərəfindən boşaldılaraq, iddiaçı X7 təhvil verilsin və həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdehlər tərəfindən yaradılmış maneə aradan qaldırılması qət edilmişdir. Məhkəmə iclasında Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X4 göstərmişdir ki, Bakı şəhər Sabunçu rayon Rayon Məhkəməsinin e-2(008)-2352/2023 saylı, 07 noyabr 2023-cü il tarixli icra vərəqinə əsasən icraata başlamaq haqqında qərarlar qəbul edilərək borclu Şəxs xəbərdarlıq edilmişdir Borclu Şəxs icra vərəqəsinin icrasından yayındığı üçün, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda ərizə təqdim edərək tərtib edilmiş protokolun geri qaytarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, tələbkarın nümyəndəsi ilə borclu arasında razılıq əldə edilmiş və bu razılaşma əsasında icra vərəqinin icrası üçün gün təyin edilib yerində baxılacaqdır. Tələbkarın nümyəndəsi və vəkili borclu ilə razılıq əsasında protokolun geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Borclu Şəxs ərizə təqdim edərək icra vərəqi üzrə icra tədbirlərinin görülməsi üçün xx.xx.2025-ci il tarixdə gəlib tədbir görülməsini qeyd edərək, haqqında protokola baxılmadan geri qaytarılmasına etiraz etmir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati protokol tərtib edilmiş şəxsin və tələbkarın nümayəndəsinin izahatlarını dinləyib hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, borclu Şəxs ilə tələbkarın borclu ilə razılığa gəlmək imkanı tam araşdırılmamış, protokolu tərtib edən şəxs onu geri qaytarılmasını da xahiş etdiyindən onun bu hüququ nəzərə alınmalıdır. Tərtib edilmiş protokol üzrə maddənin sanksiyasında inzibati həbs tənbeh növü nəzərdə tutulduğundan, inzibati xəta haqqında protokol daxil olduğu gün baxılmalıdır. Məhkəmə baxışında baxılma müddətinin dərhal olması qeyd edilən natamamlıqların aradan qaldırılmasına imkan vermir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Tərtib edilmiş protokol üzrə maddənin sanksiyasında inzibati həbs tənbeh növü nəzərdə tutulduğundan, inzibati xəta haqqında protokol daxil olduğu gün baxılmalıdır. Məhkəmə baxışında baxılma müddətinin dərhal olması qeyd edilən natamamlıqların aradan qaldırılmasına imkan vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Təqdim olunmuş sənədlərdən görünür ki, qanunun həmin tələblərinə riayət edilməmiş və həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş 17 fevral 2025-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-1310/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-1310/2025
17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver