Məhkəmə qərarları › İş №3(008)-1320/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-1320/2025

20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-1320/2025 20.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızı, AYNA-nin Bakı Regional İdarəsi tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və əlavə olunmuş sənədlərə baxaraq baxaraq, MÜƏYYƏN ETDİM: AYNA-nin Bakı Regional İdarəsi tərəfindən Şəxs MMC barəsində AR İXM-nin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd edilən inzibati xəta haqqında protokolda xx.xx.2025-ci il tarixdə saat 9:50 radələrində Bakı şəhəri Sabunçu rayonu, Böyük Şor-Balaxanı yolunda Şəxs MMC-yə məxsus yük daşıma yerinə yetirən “İsuzu” markalı, **-JR-*** d.q.n nəqliyyat vasitəsinin texniki vəziyyətinin reys qabağı yoxlanılmasının, həmin nəqliyyat vasitəsinin sürücüsünün reys qabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir. Bununla da . Şəxs MMC-nin barəsində AR İXM-nin 326-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığından və təqdim olunan materiallar natamam olduğuna görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Azərbaycan Respublikası İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana,vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icraatda iştirakı təmin edilməmiş, izahatı alınmamış, hüquq və vəzifələri izah edilməmişdir. İnzibati xəta haqqında protokolda Şəxs MMC tərəfindən törədilməsi ittiham olunan əməl xx.xx.2025-ci il tarixdə saat 9:50 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Böyük Şor- Balaxanı yolunda Şəxs MMC-yə məxsus yük daşımanı yerinə yetirən “İsuzu” markalı, **-JR- *** d.q.n nəqliyyat vasitəsinin texniki vəziyyətinin reys qabağı yoxlanılmasının, həmin nəqliyyat vasitəsinin sürücüsünün reys qabağı tibbi müayinəsinin təşkil edilməməsi olmuşdur. Nə inzibati xəta haqqında protokolda, nə əlavə olunan aktda nəqliyyat vasitəsinin texniki vəziyyətinin reys qabağı yoxlanılmasının, həmin nəqliyyat vasitəsinin sürücüsünün reys qabağı tibbi müayinəsinin təşkil edilməməsi dedikdə hüquqi şəxsin məhz hansı hərəkətləri etməli olub da, etmədiyi qeyd edilməmişdir. Hüquqi şəxs nəqliyyat vasitəsinin texniki vəziyyətinin reys qabağı yoxlanılması, həmin nəqliyyat vasitəsinin sürücüsünün reys qabağı tibbi müayinəsi üçün etməli olduğu hərəkətlərin nədən ibarət olduğu aydın deyil. İnzibati xəta haqqında protokola sadəcə İXM-nin 326-cı maddəsinin mətni köçürülmüş, inzibati xətanın mahiyyəti göstərilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsi”nə dair 17 mart 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır.” AR İXM-nin 326-cı maddəsinə əsasən sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə -vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir Qanunvericiliyin yuxarıda qeyd olunan normasından göründüyü kimi, hüquqi şəxsə istinad olunan inzibati xəta hərəkətsizlik formasında törədilən inzibati xətadır. Hüquqi şəxsi avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə inzibati məsuliyyətə cəlb etmək üçün ilk növbədə onun bunun üçün hansı hərəkətlər etməli olduğu, yəni avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməsi üçün hansı tədbirləri etməli olduğu müəyyən olunmalıdır. Yəni bu istiqamətdə hüquqi şəxsin öhdəliyi müəyyən olunmalı və inzibati xəta haqqında protokolda bu aydın şəkildə ifadə olunmalıdır. Buna uyğun olaraq da hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer müəyyən olunmalıdır. Bu inzibati xətanın törədilmə yerinin və buna uyğun olaraq da məhkəmə aidiyyatinin müəyyən olunması baxımından əhəmiyyət kəsb etdiyindən və inzibati xəta haqqında protokoldan pozuntunun hüquqi şəxsin konkret olaraq hansı hərəkətlərində ifadə olunduğu aydın olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunan sənədlər protokolu tərtib edən orqana geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC-nin AR İXM-nin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və digər sənədlər AYNA-nin Bakı Regional İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar