Məhkəmə qərarları › İş №3(008)-1324/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1324/2025

21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1324/2025 21.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X7 Rafiq oğlunun sədrliyi, X6 qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sabunçu DYPŞ YNH üzrə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 333-1.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Sabunçu rayon X11 Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş protokol və sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:35 radələrində «BYD Destroyer» markalı **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobili Balaxanı qəsəbəsindən üzü Pirşağı qəsəbəsi istiqamətdə narkotik vasitə olan marixuananın təsiri altında sərxoş vəziyyətdə idarə edərkən sırayerdəyişməsi edib manevr qaydasını pozub, onunla eyni istiqamətdə sağında hərəkətdə olan “Toyota Corolla” markalı **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsindən vurub toqquşmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Bununla əlaqədar barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xətaq haqqında protokol tərtib etmiş şəxs Sabunçu DYPŞ YNH üzrə inspektoru X3 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, 14 ildir ki, hərbiçi olaraq vətənə xidmət etmişdir. Qazidir. Hal-hazırda taksi fəaliyyəti ilə məşğuldur. Hadisə onun təqsiri üzündən olmamışdır, bunu zərərçəkmiş şəxs də etiraf etmişdir. Hər bir halda, cərimə yazılsa, ödəməyə hazırdır. Bununla yanaşı təqsirləndirildiyi maddə üzrə qeyd etmişdir ki, o, heç vaxt narkotik vasitə və ya digər maddələrdən istifadə etməmişdir. Bu onun hərbi xidməti ilə əlaqədar hər il keçdiyi tibbi müayinələrlə də təsdiq olunmuşdur. Sonuncu dəfə 01 yanvar 2025-ci il tarixində içkili vəziyyətdə olarkən dostlarının siqaret adı ilə verdiyi tütünü istifadə edərkən narkotik vasitə olduğundan şübhələnərək kənara atmışdır. Xüsusilə, sürücülük hüququnun məhdudlaşdırılmamasını məhkəmədən xahiş etmişdir. 2 azyaşlı övladı, xəstə valideynləri və yoldaşını taksiçilik fəaliyyətindən əldə etdiyi gəlirlə dolandırır. Məhkəmədən barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi PHŞ-nin həkimi X2 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs müayinəyə gətirilmiş və növbəsi çatan zaman yoxlayıb nəticəni ona izah etmişdir. Nəticə olaraq Şəxs sidik nümunəsindən həqiqətən də narkotik vasitə aşkar edilmişdir. Buna uyğun olaraq da xx.xx.2025-ci il tarixli akt tərtib etmişdir. Bu nümunələr qanunvericiliklə 30 gün müddətində qablaşdırılaraq saxlanılır. Buna görə şəxsin sidik nümunəsi olduğu kimi labortiyada saxlanılımışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi PHŞ-nin həkimi X4 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixli müayinə onun tərəfindən aparılmış və Şəxs sidik nümunəsində narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Lakin, bu onun narkotik vasitə və ya psixotrop maddə istifadə etmədiyi anlamına gəlmir. Şəxs istifadə etmiş olsa belə, onun gənc olması və orqanizmində maddələr mübadiləsinin sürətli işləməsi, dörd gün ərzində maye qəbul etməsi və sidiyə getməsi, qəbul edilmiş narkotik vasitə və ya psixotrop maddənin bədəndən sovrulmasına böyük təsiri ola bilər. Məhkəmə iclasında araşdırma zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 333-1.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 1/224 nömrəli, xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə THC + (pozitiv) aşkar olunmuşdur və o, marixuana istifadə etməsi nəticəsində sərxoşluq vəziyyətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi PHŞ-nin “Narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” xx.xx.2025-ci il tarixli, 545 nömrəli Aktdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə sidiyində heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Məhkəmənin təşəbbüsü əsasında aparılmış təkrar müayinə nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi PHŞ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində müayinə üçün götürülmüş sidik nümunəsi ilə xx.xx.2025-ci il tarixində müayinə üçün götürülmüş sidik nümunəsi təkrar olaraq xx.xx.2025-ci il tarixdə laboratoriya şöbəsində həkimnarkoloqlar Səfiyar İsayevin, Vüsal Feyziyevin, baş tibb bacısı Qumaş Xəlilzadənin, laborant-feldşer Kamilə İsmayılovanın və vətəndaş Şəxs iştirakı ilə yoxlanıldı. xx.xx.2025ci il tarixdə götürülmüş sidik nümunəsində THC + (müsbət) aşkar edilmiş, xx.xx.2025-ci il tarixdə götürülmüş sidik nümunəsində heç bir narkotik vasitə aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 saylı xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən “xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir”. Azərbaycan Respublikası İXM-nin 333-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 333- 1.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla doqquz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin İ hissəsinin 6-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinəəsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməməsi barədə izahatına tənqidi yanaşır və həmin izahatı məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin izahatı, tibbi müayinə ilə bağlı sənədlər və işdə olan digər sənədlər ilə tam təkzib edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilən sənədlərlə Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, o, inzibati məsuliyyətə cəlb edilməli və ona Azərbaycan Respublikası İXM-in 333-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla doqquz yüz manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar