Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1325/2025 19.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X2 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin polis sahə rəisi, polis polkovnik leytenantı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Pirşağı qəsəbəsi, 2-ci Sovxoz ərazisində xırda xuliqanlıq edərək polisin qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Bununla da Şəxs İXM-nin 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi tərəfindən 19 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında qeyd etmişdir ki, 18 fevral 2025-ci ildə Pirşağı qəsəbəsi, 2-ci Sovxoz ərazisindən evinə gələn zaman polis işçiləri avtobus dayanacağının yanında onu saxlayıb özlərini təqdim etmişdirlər. Buna səbəb isə onun telefonla danışdığı zaman əsəbləşərək nalayiq söyüşlər söyməsi olmuşdur. Polislər ondan söyüş söyməməyi və şəxsiyyətini təsdiq edən sənədi tələb edərək onu nizam-intizama dəvət etmişdirlər. Daha sonra onu polis bölməsinə dəvət etmişdirlər. O isə polislərdən qaçmaq istəmiş, lakin polis əməkdaşları tərəfindən saxlanılaraq 15-ci Polis Bölməsinə gətirilmişdir. Əməlindən peşmançılıq çəkdiyini, bir daha belə halların təkrarlanmayacağını bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin polis sahə rəisi, polis polkovnik leytenantı X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Pirşağı qəsəbəsi, 2-ci Sovxoz ərazisində polisin qanuni tələblərinə qəsdən tabeçilik göstərmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili polis leytenantı X4 izahatında göstərdi ki, xidmət apardığı inzibati ərazidə xx.xx.2025-ci il tarixdə təxminən saat 20:05 radələrində Sabunçu rayonu, Pirşağı Sovxoz ərazisində gəzintidə olan zaman bir nəfər şəxs ictimai yerdə yüksək səslə nalayiq ifadələr işlədərkən, həmin şəxsə yaxınlaşıb özünü təqdim etmiş və sakitçiliyə riayət etməyi, ictimai yerdə yüksək səslə nalayiq ifadələr işlətməməsini bildirdikdə o qanuni tələblərə məhəl qoymayaraq öz əməllərinə davam etmişdir və sinə hissəsindən əli ilə itələyərək qaçmaq istədikdə yəni polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün saxlanılaraq Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə dəvət edilmişdir. Polis bölməsində olan zaman məlum olmuşdur ki, həmin şəxs xx.xx.1984-cü il təvəllüdlü Beyləqan rayon sakini Şəxsdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 19 fevral 2025-ci il tarxili, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Pirşağı qəsəbəsi, 2-ci Sovxoz ərazisində polisin qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir, bununlada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili polis baş leytenantı Elvin Məmmədov və Hacı Əliyev tərəfindən tərtib edilmiş 18 fevral 2025-ci tarixli raportdan görünür ki, xidmət apardıqları inzibati ərazidə xx.xx.2025-ci il tarixdə təxminən saat 20:05 radələrində Sabunçu rayonu, Pirşağı Sovxoz ərazisində gəzintidə olan zaman bir nəfər şəxs ictimai yerdə yüksək səslə nalayiq ifadələr işlədərkən, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və sakitçiliyə riayət etməyi, ictimai yerdə yüksək səslə nalayiq ifadələr işlətməməsini bildirdikdə o onların qanuni tələblərinə məhəl qoymayaraq öz əməllərinə davam etmişdir və sinə hissəsindən əli ilə itələyərək qaçmaq istədikdə yəni polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün saxlanılaraq Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə dəvət edilmişdir. Polis bölməsində olan zaman məlum olmuşdur ki, həmin şəxs xx.xx.1984-cü il təvəllüdlü Beyləqan rayon sakini Şəxsdur; İnzibati qaydada tutma haqqında 18 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 18 fevral 2025-ci il tarixdə saat 20:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 19 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol, Şəxs izahatı, şahid ifadəsi və iş materillarında olan digər sənədlər ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-nin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həbsetmənin əvvəli 18 fevral 2025-ci il tarixdən saat 20:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 18 fevral 2025-ci il tarixdən saat 20:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova İş № 3(008)-5046/2024 İNZİBATİ XƏTA HAQQİNDA İŞİN BAXİLMAĞA HAZİRLANMASİ HAQQİNDA QƏRARDAD 19 fevral 2025-ci il Bakı şəhəri Mən, Sabunçu rayon məhkəməsinin hakimi, Rəcəbova Elnurə Hüseyn qızı, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə olan materialı nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İcraatımda Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri olan material daxil olmuşdur. İş barəsində lazımi məlumatlar olduğundan, əlavə məlumatlar tələb edilməməlidir. Ekspertizanın təyin edilməsinə ehtiyac yoxdur. İşə baxılmasının təxirə salınması üçün heç bir əsası yoxdur. Bu məsələnin həlli Bakı şəhəri Sabunçu rayon məhkəməsinin səlahiyyətinə aiddir, inzibati xəta haqqında protokolun və ya digər materiallarına baxılması üçün aidiyyəti üzrə göndərilməsinə əsas yoxdur. İşin baxılmasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dəvət edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 109-cu maddəsini rəhbər tutub, Q Ə R A R A A L D İ M:
1. Şəxs oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri olan işin baxılması 19 fevral 2025-ci il tarixə saat 17:55-ə təyin edilsin.
2. İşin baxılmasında iştirak etmək üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Sabunçu RPİ-nin nümayəndəsi dəvət edilsin.
Hakim Elnurə Rəcəbova İş № 3(008)-5046/2024
AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ HAKİMİN MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOLU
19 fevral 2025-ci il tarixdə Bakı şəhərində
Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayon məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında Sabuncu RPİ-dən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri olan inzibati materiala və ona əlavə edilmiş sənədlərə baxılır. Məhkəmə iclasından kənar ayrıca prossesual hərəkət saat 17:45-də başladı. Şəxs barəsində Sabunçu RPİ-dən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri olan inzibati materialı nəzərdən keçirərək hesab edir ki, barəsində lazımi məlumalar olduğundan, əlavə məlumatlar tələb edilməməlidir. Ekspertizanın təyin edilməsinə ehtiyac yoxdur. İşə baxılmasının təxirə salınması üçün heç bir əsas yoxdur. Bu məsələnin həlli Bakı şəhəri Sabunçu rayon məhkəməsinin səlahiyyətinə aiddir, inzibati xəta haqqında protokolun və ya digər materiallarına baxılması üçün aidiyyəti üzrə göndərilməsinə əsas yoxdur. İşin baxılmasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs dəvət edilməlidir. Qərardad elan olundu. Məhkəmə iclasından kənar ayrıca prossesual hərəkət saat 17:50-də başa çatdı.
Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi: Elnurə Rəcəbova