Məhkəmə qərarları › İş №3(008)-133/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-133/2025

14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-133/2025 14.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X17 Rafiq oğlunun sədrliyi, X12 qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X11 tərəfindən qəbul edilmiş 18 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X2 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X11 tərəfindən qəbul edilmiş 18 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o 2024-cü ilin aprel ayından “Respublika Narkoloji Mərkəz” X13 baş direktor vəzifələrini müvəqqəti olaraq icra edir. “Respublika Narkoloji Mərkəz” PHŞ-də çalışan X1 Əmək Müfəttişliyi Xidmətinə “Respublika Narkoloji Mərkəz” PHŞ ilə bağlı şikayət ünvanlanmışdır və şikayətində onun əmək müqaviləsinə xitam verilməsinin Mərkəz tərəfindən ona təzyiqlərin olunmasını qeyd etmişdir. Bununla bağlı olaraq X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən mərkəzə məktub ünvanlanaraq Bəylərova Aynur barədə müvafiq sənədlərin təqdim olunması xahiş edilmişdir və buna uyğun olaraq sözügedən sənədlər təqdim edilmişdir. Təqdim edilən sənədlərdən aydın olmuşdur ki, X8 xx.xx.2024-cü il tarixində (Prezident seçkilərindən 1 gün qabaq) iş saatı 1 saatı qısaldılmadan işləmiş və işlədiyi 1 saata görə onun əmək haqqısı fevral ayında verilməmişdir. Bununla yanaşı, sözügedən işçi ilə xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab aparılan zaman işlədiyi artıq 1 saatın pulu ödənilməmişdir. Müvafiq qurum tərəfindən ZOOM onlayn platforması vasitəsilə iclas keçirilmişdir. Bu zaman o və Mərkəzin baş mühasibi Arzu xanım bu iclasda iştirak edərək izahat vermiş və sözügedən hadisənin mexaniki səhvə görə riyazi hesablamalarda yanlış olduğunu qeyd etmişdirlər. Müvafiq qurumun əməkdaşları tərəfindən həmin iclasda onlara bildirilmişdir ki, bundan sonra iş araşdırılacaq və yeni iclas təyin edilərək onlar dəvət ediləcəklər. Növbəti iclas təyin olunsa da, o göndərilən link vasitəsilə ZOOM onlayn platformasına qoşularaq 10-15 dəqiqə müddətində gözləmişdir. Lakin müvafiq qurumdan heç kim iclasda iştirak etmədiyi üçün iclasdan çıxmaq məcburiyyətində qalmışdır. Bundan sonra isə əsassız və qanunsuz olaraq X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 900 manat cərimə olunmuşdur. Qəbul edilən qərarda qeyd edilmişdir ki, “X3 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Lakin son haqq-hesabı hesablanarkən AR Əmək Məcəlləsinin 108.1 və 165.1-ci maddələrinin tələbləri pozularaq düzgün ödənilməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixindən (prezident seçkiləri) 1 gün qabaq iş saat və artıq iş vaxtına görə əmək haqqı hesablanmamışdır.”. X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən işin halları tam araşdırılmayaraq əsassız və qanunsuz qərar çıxarılmışdır. Belə ki, ilk növbədə onu qeyd edir ki, sözügedən hadisə yəni X5 seçkilərindən 1 gün qabaq iş saatı qısaldılmadan işlədilməsi onun dövrünə təsadüf etməmişdir. Ondan əvvəl Mərkəzin baş direktoru olan Elşən Mustafayevin vaxtında olmuşdur. İşçi ilə əmək müqaviləsinə xitam verilməsi zamanı son haqq-hesabın aparılmasında riyazi hesablama səhvi olaraq işçinin işlədiyi 1 saatın pulu verilməmişdir. Sözügedən orqan tərəfindən izahatların yenidən alınacağı bildirilsə də heç bir əlavə izahat alınmadan əsassız qərar çıxarılmışdır. Bu isə inzibati xətalar haqqında qanunvericiliyə tamamilə ziddir. Bundan başqa hər bir halda nəzərə alınmalıdır ki, mexaniki səhvin olmasına görə X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən 900 manat cərimələnməsi tamamilə qeyri-mütənasibdir. Göstərilənləri nəzərə alaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X11 tərəfindən qəbul edilmiş 18 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs X7 şikayətin məzmununa uyğun çıxış edərək əlavə etmişdir ki, o, baş direktor vəzifəsini icra edəndən müəsissənin fəaliyyətini daha da yaxşılaşdırmaq istiqamətində işlər görülmüşdür. Həmçinin işçi işəgötürən münasibətlərində humanist yanaşmanı üstün tutur. Heç bir işçi ilə arasında əsassız mübahisə və narazıçılığın yaranmasına yol vermir. Mübahisələndirilən bu məsələ ilə də onun bağlılığı yoxdur və bu hal sənədlərlə öz sübutunu tapır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qərarından şikayət verilən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə qərarından şikayət verilən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X19 tərəfindən qəbul edilmiş 18 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin İdarəyə göndərilməlidir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X11 tərəfindən qəbul edilmiş 18 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam edilmiş, lakin son haqq-hesabı hesablanarkən AR Əmək Məcəlləsinin 108.1 və 165.1-ci maddələrinin tələbləri pozularaq düzgün ödənilməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdən (prezident seçkiləri) 1 gün qabaq iş saatı 1 saat qısaldılmamış və artıq iş saatına görə əmək haqqı hesablanmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx.xx.2024-cü il tarixli, 3-28/3-1-122/2024 saylı Əmrindən görünür ki, Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu X4 Mərkəzin Baş Direktoru vəzifəsi üzrə əmək funksiyasının icrasının həvalə edilməsi əmr edilmişdir. İş materiallarından müəyyən edilmişdir ki, X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən şikayət vermiş şəxsin qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən onun barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X2 şikayətində göstərdiyi dəlilər məhkəmədə onun inzibati xətanın subyekti olmasına şübhə yaradır. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində inzibati tənbeh qərarı qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük inzibati tənbeh qərarını qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X7 barəsində “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X7 Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, barəsində icraat aparılan şəxsin iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Ona görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X6 tərəfindən qəbul edilmiş 18 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin İdarəyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X11 tərəfindən qəbul edilmiş 18 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin idarəyə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. X18

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar