Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1343/2020 04.07.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Süleyman Əhməd oğlunun sədrliyi Səfərəliyev Razi Əliağa oğlunun katibliyi, Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı Hüseynov Rövşən Əli oğlunun xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Yasamal rayonu Ə.Salamzadə küçəsi nömrəsiz evdə qeydiyyatda olan və yaşayan İnzibati tənbeh tətbiq edilən şəxs Şəxs iştirakı ilə, onun barəsində Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Şəxs 04.07.2020-ci il tarixdə saat 11-25-də heç bir icazəsi olmadan çölə çıxaraq epidemiya əleyhinə rejimin sanitariya gigiyena və karantin rejimi qaydalarını pozmuşdur. Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddələri ilə protokollaşdırılıb, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmədə inzibati protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı Hüseynov Rövşən Əli oğlu inzibati xəta haqqında protokolu müdafiə etdi və izahatında göstərdi ki, Şəxs 04.07.2020-ci il tarixdə saat 11-25-də heç bir icazəsi olmadan çölə çıxaraq epidemiya əleyhinə rejimin sanitariya gigiyena və karantin rejimi qaydalarını pozmuşdur. Onun əməli Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə protokollaşdırılıb, baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Tərtib olunmuş protokolun təmin olunmasını xahiş etdi. Məhkəmədə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs özünü Аzərbaycan Respublikası İXM-nin 211.1-ci maddələri ilə təqsirli bildi və izahatında göstərdi ki, o, həqiqətən 04.07.2020-ci il tarixdə saat 11-25-də heç bir icazəsi olmadan çölə çıxaraq epidemiya əleyhinə rejimin sanitariya gigiyena və karantin rejimi qaydalarını pozmuşdur. O,əməlindən peşmançılıq hissi kecirdiyini bildirdi. İnzibati tənbeh tətbiq edilən şəxs Şəxs əməli onun izahatı, tərtib olunmuş inzibati xəta haqqında protokolu və digər sənədlərlə tam sübuta yetirilir. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs iş üzrə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq edilən şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin tərkibi vardır. Bunlara əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq edilən şəxs Şəxs həmin inzibati xəta əməli Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinməlidir və maddənin sanksiyası həddində inzibati qaydada həbs edilməklə cəzalandırılmalıdır. Çünki “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə görə hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınmasına yol verilə bilər. Qeyd olunanlara əsasən Аzərbaycan Respublikası İXM-nin 40, 43, 49-51, 114- 115, 117 və 211-ci maddələrini rəhbər tutub, QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 04.07.2020-ci il tarixdən hesablansın. Qərarın icrası Sabunçu rayon Polis İdarəsinə və Аzərbaycan Рespublikası DİN-nin İnzibati Həbs olunanların Saxlama Mərkəzinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM SÜLEYMAN AĞAYEV
Məhkəmə qərarları › İş №3(008)-1343/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1343/2020
04.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver