Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-1348/2025 20.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızı, İslamov X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 20 fevral 2025-ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Sabunçu rayon İcra Şöbəsi tərəfindən İslamov X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 20 fevral 2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. 20 fevral 2025-ci il tarixli, 51241/2024-4-37-004 saylı məktubdan görünür ki, Sabunçu rayon icra şöbəsinin rəisi Fizuli Hüseynov məhkəməyə müraciət edərək İslamov X2 barəsində tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokol zərurət aradan qalxdığından baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta materialını araşdırıb, hesab edir ki, Sabunçu rayon icra şöbəsinin protokolun baxılmamış geri qaytarılmasına dair xahişi nəzərə alınmalı, İslamov X2 barəsində inzibati xəta haqqında tərtib edilmiş 20 fevral 2025-ci il tarixli, MN ******* nömrəli protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Sabunçu rayon İcra Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İslamov X2 barəsində tərtib edilmiş 20 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Sabunçu rayon İcra Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-1348/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-1348/2025
20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver