Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1349/2025 20.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 Rafiq oğlunun sədrliyi, X5 qızının katibliyi, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, təsisçi (direktor) işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X4 Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-169/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 169/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 161418 manat pulun "xxxx" MTK ödənilməsi qərarını icra etməmiş və icra məmurunun qanunu tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X4 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, onun bu işdə təqsiri olmuşdur. Belə ki, vəkili bu işlə maraqlanmış, onun bu məsələlərdən ətraflı məlumatı olmamışdır. Ünvanına bildiriş 1 il əvvəl göndərilmiş, ona dolayısı yolla çatmışdır. O da vəkilinə bununla bağlı məlumat vermişdir. İş hal-hazırda Konstitusiya Məhkəməsinin icraatındadır. Odur ki, hazırki inzibati xəta haqqında protokola mahiyyəti üzrə baxıla bilməz və iş üzrə icraat dayandırılmalıdır. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yuxarıda qeyd edilən icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra işinin materialları ilə müəyyən olundu ki: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-169/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, 161.418 (yüz altmış bir min dörd yüz on səkkiz) manat məbləğdə pul vəsaitinin Şəxs tutularaq "xxxx" MTK-ya ödənilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2022-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-169/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 1-7/2-17-M-191/1-23/2023 nömrəli, 22 sentyabr 2023-cü il tarixli X3 ünvanlanan məktubdan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 20 iyul 2023-cü il tarixli, 13- 2(102)-29/2023 nımrəli qərardadının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair X2 şikayəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının icraatına daxil olmuş və “Konstitusiya Məhkəməsi haqqında” Qanunla müəyyən edilmiş qaydada şikayət üzrə müvafiq sənəd və materiallar toplanılır, digər zəruri tədbirlər həyata keçirilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə, iş üzrə qəbul olunmuş məhkəmə aktından şikayətin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunması ilə bağlı Şəxs söylədiklərinə aşağıdakı qaydada münasibət bildirməsini zəruri hesab edir. Belə ki, “İcra haqqında” Qanunun 17.1.8-ci maddəsinə əsasən iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 20 iyul 2023-cü il tarixli, 13-2(102)-29/2023 nımrəli qərardadının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair X2 şikayəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının icraatına daxil olmuş və “Konstitusiya Məhkəməsi haqqında” Qanunla müəyyən edilmiş qaydada şikayət üzrə müvafiq sənəd və materiallar toplanılır, digər zəruri tədbirlər həyata keçirilir və bu barədə X3 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 1-7/2-17-M-191/1-23/2023 nömrəli, 22 sentyabr 2023-cü il tarixli məktubu ilə məlumat verilmişdir. “Konstitusiya Məhkəməsi haqqında” Qanunun: 6.2-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi işlərə palataların və Plenumun iclaslarında baxır; 7.1-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi palatalarının iclaslarında Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İİİ – Vİİ hissələrində nəzərdə tutulmuş məsələlərə dair sorğuların, müraciətlərin və ya şikayətlərin icraata qəbul edilib-edilməməsi məsələsi həll olunur. 7.2-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi Plenumunun iclaslarında Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İİİ – Vİİ hissələrində nəzərdə tutulmuş məsələlərə dair Konstitusiya Məhkəməsinin icraatına qəbul edilmiş sorğulara, müraciətlərə və şikayətlərə mahiyyəti üzrə baxılır. 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İİİ hissəsinin 1-7-ci bəndlərində, V və Vİİ hissələrində nəzərdə tutulmuş məsələlərlə əlaqədar Konstitusiya Məhkəməsinə daxil olmuş sorğu və ya şikayət, bir qayda olaraq, 30 gün müddətində Konstitusiya Məhkəməsi palatasının iclasına çıxarılır, sorğu və ya şikayətin icraata qəbul edilməsi, yaxud icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardad qəbul olunur. Qanunun mənasından göründüyü kimi, Konstitusiya Məhkəməsi palatalarının iclaslarında şikayətlərin icraata qəbul edilib-edilməməsi məsələsi həll olunur, Konstitusiya Məhkəməsi Plenumunun iclaslarında isə Konstitusiya Məhkəməsinin icraatına qəbul edilmiş şikayətlərə mahiyyəti üzrə baxılır. Göstərilənlərə əsasən məhkəmə bildirir ki, yuxarıda qeyd olunan məsələ ilə bağlı Şəxs söylədikləri, məhkəmə aktından şikayətin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunması anlamına gəlmir və bu hal Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 1-7/2-17-M-191/1-23/2023 nömrəli, 22 sentyabr 2023-cü il tarixli məktubu ilə də təkzib olunur. Bu səbəbdən də icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubları ilə cavabdehin icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, icra işinin materialını və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, bu günə qədər icra vərəqəsi üzrə heç bir ödənişin edilməməsini, habelə təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, iş üzrə sübutlarla müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(008)-1349/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1349/2025
20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver