Məhkəmə qərarları › İş №3(008)-1352/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-1352/2025

21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-1352/2025 21.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 İmanova, X4 tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, şikayət ərizəsində X2 inzibati xəta haqqında protokol əsasında qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərardan şikayət verdiyi göstərilsə də, şikayət ərizəsində hansı orqan tərəfindən tərtib edilmiş qərardan şikayət verildiyi göstərilməmiş, həmin qərarın tarixi şikayət ərizəsində əks edilməmiş, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar şikayətə əlavə edilməmişdir. Bununla yanaşı, X2 İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı hansı tarixdə əldə edilməsinə dair sənəd iş materiallarında mövcud deyildir. Bununla da X1 inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürübötürmədiyini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, X4 şikayət ərizəsində barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan “ASANPAY” sistemi vasitəsilə şikayət verməsi, xx.xx.2025-ci il tarixdə isə müraciəti ilə əlaqədar rəsmi imtina cavabı alması və həmin imtina məktubunu ərizəyə qoşma sənəd olaraq əlavə etməsini göstərsə də, sənədlərə baxış zamanı sözügedən məktubun iş materiallarına əlavə edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş sənədlər natamam olduğundan verilmiş şikayət şikayətçiyə geri qaytarılmalı, ona yenidən şikayət ərizəsini düzgün tərtib edərək ərizəyə müvafiq zəruri sənədləri əlavə etməklə yenidən məhkəməyə şikayət vermək hüququnun olması izah edilməlidir. Yuxarıda qeyd olunanlara və AR İXM-nin 109-cu maddəsinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİ: X4 tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər X3 qaytarılsın. X3 düzgün tərtib edilmiş və zəruri sənədlər əlavə edilmiş şikayət ərizəsi ilə yenidən məhkəməyə şikayət vermək hüququnun olması izah edilsin. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar