Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1353/2023 16.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 4-cü ərazi X3 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 4-cü ərazi X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabunçu Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 4-cü ərazi X3 İdarəsindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. Şəxs MMC-nə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə, Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Protokol onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Şəxs MMC-nə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, “Təmiz Şəhər” Sənaye Parkı ünvanında yerləşən led lampaların istehsalı müəssisəsində planlı YTM keçirilərkən YTQ № 01-2001, bənd 1.9-1.9.12, 2.1-2.6, 6.1, 10.4, 7.6 və YTQ 05-86 bəndlərinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 4-cü ərazi X3 İdarəsinin nümayəndəsi X2 izahatında göstərmişdir ki, 24 fevral 2023-cü il tarixdə Şəxs MMC-nə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, “Təmiz Şəhər” Sənaye Parkı ünvanında yerləşən led lampaların istehsalı müəssisəsində planlı yoxlama keçirilərkən qanunverciliyin tələbləri pozulmuşdur. Bununla bağlı təmsil etdiyi idarənin əməkdaşları tərəfindən cəmiyyət barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə müraciət olunmuşdur. Tərtib olunmuş protokolu müdafiə edir. İş materiallarına əlavə edilmiş yanğın-texniki müayinə qərarından və əlavə edilmiş digər sənədlərdən görünür ki, Şəxs MMC-nə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, “Təmiz Şəhər” Sənaye Parkı ünvanında yerləşən led lampaların istehsalı müəssisəsində planlı YTM keçirilərkən YTQ № 01-2001, bənd 1.9-1.9.12, 2.1- 2.6, 6.1, 10.4, 7.6 və YTQ 05-86 bəndlərinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş yanğın-texniki müayinə qərarı ilə və əlavə edilmiş digər sənədlərlə təsdiq olunur ki, barəsində inzibati haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, “Təmiz Şəhər” Sənaye Parkı ünvanında yerləşən led lampaların istehsalı müəssisəsində planlı YTM keçirilərkən YTQ № 01-2001, bənd 1.9-1.9.12, 2.1-2.6, 6.1, 10.4, 7.6 və YTQ 05-86 bəndlərinin tələbləri pozulmuşdur. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İXMnin 518.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2000 (iki min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-1353/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1353/2023
16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver