Məhkəmə qərarları › İş №3(008)-1357/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1357/2024

01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1357/2024 01.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin nümayəndəsi Nümayəndə, şikayətçi X1 iştirakları ilə, X1 Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş 31 avqust 2023-cü il tarixli, EQ/16600063 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş 31 avqust 2023-cü il tarixli, EQ/16600063 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayəti müdafiə edərək göstərmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilən zaman nəqliyyat vasitəsini idarə etmə hüququ olmayan şəxs olmadığını, 2023-cü ilin may ayında nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmasına dair qərarın ləğv edildiyini, əsassız olaraq ona cərimələrin nəqliyyat vasitəsini idarə etmə hüququ məhdudlaşdırılmış şəxs kimi hesablandığını qeyd edərək Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş 31 avqust 2023-cü il tarixli, EQ/16600063 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin nümayəndəsi Nümayəndə şikayətin təmin edilməməsini, Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş 31 avqust 2023-cü il tarixli, EQ/16600063 nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan 31 avqust 2023-cü il tarixli, EQ/16600063 nömrəli görünür ki, X2 31 avqust 2023-cü il tarixdə, saat 04:43 radələrində Zabrat qəsəbəsi istiqamətində idarə etdiyi “Toyota Prius” minik markalı, ** MY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini nəqliyyat vasitəsini idarə etmə hüququ məhdudlaşdırılmış halda avtomobili texniki baxışdan keçirmədən idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmış və AR İXM-nin 339.1-1 və 332.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 3(004)- 2840/2023 saylı qərarından görünür ki, X2 barəsində AR İXM-nin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında işlər bir icraatda birləşdirilmiş və həmin işlər üzrə icraata xitam verilmişdir. Məhkəmə tərəflərin izahatını, iş materiallarında olan sənədləri, məhkəməyə təqdim edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 3(004)- 2840/2023 saylı qərarı nəzərə alaraq Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş 31 avqust 2023-cü il tarixli, EQ/16600063 nömrəli qərarın ləğv edilməsi və inzibati materialın yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılması qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırki material üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş 31 avqust 2023-cü il tarixli, EQ/16600063 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalı, inzibati xətanın törədildiyi zaman X1 nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmış şəxs olub-olmaması, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 3(004)-2840/2023 saylı qərarının AR DİN-nin mərkəzi informasiya sisteminə inteqrasiya olunub-olunmaması, müvafiq inzibati xətanın baş verdiyi vaxt (31 avqust 2023-cü il tarixdə) şəxsin barəsində başqa hər hansı nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarının olub-olmaması kimi əhəmiyyətli hallar araşdırılaraq həmin hallara düzgün hüquqi qiymət verildikdən sonra iş üzrə yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 31 avqust 2023-cü il tarixli, EQ/16600063 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş yenidən baxılması və məhkəmənin qərarında göstərilən halların araşdırılması üçün Bakı şəhər X5 İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X1 şikayəti qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1 və 332.3-cü maddələri ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş 31 avqust 2023-cü il tarixli, EQ/16600063 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhər X5 İdarəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar