Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1367/2025 21.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X1 iştirakları ilə, xx.xx.1988-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Sabirabad rayonu ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 20 fevral 2025-ci il tarixli, MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokollara əsasən Şəxs 18 fevral 2025-ci il tarixində polis əməkdaşlarına tabesizlik edərək qaçmış, Azərbaycan Respubliksı Səhiyyə Nazirliyinin Narkoloji müayinəsi zamanı sidik analizində THC (+) aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, 18 fevreal 2025-ci il tarixdə saat 23:00 radələrində Maştağa qəsəbəsində polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, polis vəsiqələrini göstərib, Maştağa qəsəbəsində baş vermiş oğurluq hadisələri ilə bağlı və üzərində şəxsiyyəti təsdiq edən sənədin olub-olmamasını soruşmuşdurlar. Üzərində heç bir sənədin olmadığını bildirmiş və onu 14-cü Polis Şöbəsinə dəvət etmişdirlər, o da etiraz etməyərək getmişdir. Daha sonra “Respublika Narkoloji Mərkəzi” X4 narkoloji tibbi müayinədən keçmiş, narkotik vasitə marixuanandan istifadə etdiyi aşkar olunmuşdurbir müddətdir arada bir narkotik vasitə marixuanadan istifadə edir, polis işçilərinin qanuni tələblərinə hər hansı tabesizlik göstərməmişdir. Beləliklə o, törətdiyi əməldən peşman olduğunu bildirmiş, bir daha belə halların təkrarlanmayacağına söz vermişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X3 20 fevral 2025-ci il tarixli, MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrinin tələblərini pozduğunu bildirmiş və onun barəsində müvafiq inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş 20 fevral 2025-ci il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs 18 fevral 2025-ci il tarixində polis əməkdaşlarına tabesizlik edərək qaçmış, Azərbaycan Respubliksı Səhiyyə Nazirliyinin Narkoloji müayinəsi zamanı sidik analizində THC (+) aşkar edilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin ƏÇPA-nın 8-ci patrul bölüyünün, polis nəfəri, polis serjantı Orxan Hüseynov və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin ƏÇPA-nın 8-ci patrul bölüyünün, polis nəfəri, polis kiçik serjantı Mail Fərzəlizadə tərəfindən tərtib edilmiş 18 fevral 2025-ci il tarixli raportdan gönrünür ki, 18 fevral 2025-ci il tarixdə saat 23:00 radlərində Maştağa qəsəbəsində oğurluq hadisələri ilə bağlı inzibati ərazidə xidmətdə olan zaman iki nəfər şəxsin hasarların dibində həyətlərə baxdıqlarını, özlərini şübhəli apardıqlarını görüb onlara yaxınlaşaraq, polis vəsiqələrini göstərib özlərini təqdim etmişdirlər. Özlərini Ramil və Elsevər kimi tanıdan şəxslərdən şəxsiyyətlərini təsdiq edən hər hansı sənədlər istədikdə sənədlərinin üzərlərində olmadığını bildirmişdirlər və suallara yayındırıcı cavab vermişdirlər. Həmin şəxslərin şəxsiyyətini müəyyən etmək üçün onları 14-cü Polis Şöbəsinə dəvət edən zaman onlardan qaçmağa başlamışdırlar, tabesizlik göstərmiş, polisin qanuni tələblərinə tabe olmamış, çətinliklə də olsa həmin şəxsləri 14-cü Polis Şöbəsinə gətirib, növbətçi hissəyə təhvil vermişdirlər. Polis Şöbəsində məlum olmuşdur ki, Elsevər adlı şəxs xx.xx.1988-ci il təvəllüdlü Şəxs, Ramil adlı şəxs isə xx.xx.1979-cu il təvəllüdlü X2r; İnzibati qaydada tutma haqqında 18 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 18 fevral 2025-ci il tarixdə saat 00:25-də tutulmuş, 20 fevral 2025-ci il tarixdə azad edilmişdir; 20 fevral 2025-ci il tarixli, 994 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs sidik nümunəsində THC (+) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Şəxs xx.xx.2022-ci il tarixindən Respublika NM-də (F15x2) diaqnozu ilə qeydiyyatdadır; Elektron məhkəmə sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2014 və xx.xx.2017-ci il təvəllüdlü iki azyaşlı uşağı var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin izahatı, narkoloji tibbi yoxlama rəyi və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs narkotik vasitədən istifadə etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin nə məhkəmə iclasında, nə də təqdim olunmuş iş materiallarında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Sabunçu RPİ 14-cü PŞ-nin polis əməkdaşları tərəfindən tərtib edilmiş raportda və inzibati xəta haqqında protokolda Şəxs 18 fevral 2025-ci il tarixində polis əməkdaşlarına tabesizlik edərək qaçdığı, Azərbaycan Respubliksı Səhiyyə Nazirliyinin Narkoloji müayinəsi zamanı sidik analizində THC (+) aşkar edildiyi bəhs edilsə də, aydın olmur ki, Şəxs polisin hansı qanuni tələblərinə tabe olunmamış və həmin tabe olmama nədə ifadə olunur. Məhkəmə polis əməkdaşlarının məhkəmə iclasında şahid qismində iştirak etməsini bildirsə də, inzibati orqan həmin şəxslərin məhkəmə iclasında şahid qismində iştirakını təmin etməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməli, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli, dərhal məhkəmə iclas zalından azad edilməlidir. 20 fevral 2025-ci il tarixli, 994 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə əsasən Şəxs xx.xx.2022-ci il tarixindən Respublika NM-də (F15x2) diaqnozu ilə qeydiyyatda olduğundan və onun yenidən qeydiyyata alınmasına zərurət olmadığından, məhkəmə hesab edir ki, Şəxs narkomaniyadan məcburi müalicəsi davam etdirilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad olunsun. Şəxs narkomaniyadan məcburi müalicəsi davam etdirilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Saunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-1367/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1367/2025
21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver