Məhkəmə qərarları › İş №3(008)-1370/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1370/2024

28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1370/2024 28.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X19 qızının katibliyi ilə, X1 iştirakları ilə, X1 X Tağım YPX-nin inzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X20 Şöbəsinin inzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X Tağım YPX İnspektoru Polis Baş X3 İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli Qərarı ilə ona əsassız olaraq AR İXM-nin 332.1-ci maddəsi ilə 40 manat cərimə yazılmışdır. Qeyd olunan maddəyə əsasən, onun barəsində 40 AZN cərimə tədbiq olunması əsassızdır. Ona görə ki, o, xx.xx.2024-cü il tarixdə inzibati xətanı törətməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 12:53 radələrində onun idarə etdiyi “VAZ 21043” MİNİK markalı ** VD *** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt Astara yolunun 29 km -də hərəkətdə olarkən X Tağım YPX İnspektoru Polis Baş X6 onu saxlayaraq barəsində İnzibati Tənbeh vermə haqqında TP ******* saylı qərara əsasən nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə etməsinə görə Azərbaycan Respublikası İXM- nin 332.1-ci maddəsinə əsasən 40 manat cərimə olunmuşdur. Hesab edir ki, onun barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli Qərarı qanunsuz və əsassızdır. Qeyd etmək istəyir ki, idarə etdiyi avtonəqliyyat onun həyat yoldaşı X4 mülkiyyətidir. Həmin avtomobil birgə nikah dövründə alındığınadan onun həmin avtomobilə sahiblik hüququ vardır. Belə olan halda 40 AZN məbləğində cərimələnməsi nəyə əsaslanmışdır. Ona görə də hesab edir ki, o, qanunsuz olaraq inzibati məsuliyyətə cəlb edildiyindən barəsində qəbul olunmuş qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən X2 izahatında şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək göstərmişdir ki, idarə etdiyi avtomobil onun həyat yoldaşına məxsus olmuş, onların birgə nikah dövründə əldə edilmiş, dövlət yol polis idarəsinin əməkdaşı onu saxlayarkən nikah haqqında şəhadətnamə maşında olsa da, bu barədə ona bildirilmədən ona cərimə tətbiq edilmişdir. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri X20 Şöbəsinin inzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, üzrlü səbəbdən gəlməməsi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə barəsində şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli TP ******* saylı qərardan görünür ki, Bakı şəhəri X20 Şöbəsinin X Tağım YPX İnspektoru Polis Baş X6 tərəfindən X7 barəsində İXM-nin 332.1-ci maddəsinə əsasən 40 manat inzibati cərimə tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Nigahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X9 arasında 06 iyun 1986-cı il tarixdə nigah bağlanmışdır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** VD *** qeydiyyat nişanlı VAZ 21043 MİNİK markalı avtomobil xx.xx.2020-ci il tarixdə X5 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 332.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair” qərarına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla, nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdə aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda, nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) həmin Məcəllənin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda X10 Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Təqdim olunmuş sənədlərdən göründüyü kimi X10 1986-cı ildə X8 ilə nikaha daxil olmuş, ** VD *** qeydiyyat nişanlı VAZ 21043 MİNİK markalı avtomobil xx.xx.2020-ci il tarixdə, yəni birgə nikah dövründə əldə edilərək arvadı Çimnaz Mehtiyevanın adına qeydə alınmışdır. Qanunverici ər-arvadın mülkiyyətinin iki hüquqi rejimini - ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyətini müəyyən etmişdir. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış edir. Belə olduğu halda X10 İXM-nin 332.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti hesab edilə bilməz. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Çünki Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edən Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X Tağım YPX-nin inzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddərini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X7 barəsində İXM-nin 332.1-ci maddəsi ilə qəbul edilmiş X Tağım YPX-nin inzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar