Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1379/2025 14.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, X1 iştirakı ilə, X2 Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixdə təxminən saat 16:30 radələrində Heydər Əliyev prospektindən sağa, yəni Sabunçu rayonu, Yavər Əliyev küçəsi istiqamətində hərəkət edərkən idarə etdiyi **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobillə dairəvi hərəkət təşkil edilmiş yol ayrıcına daxil olmuşdur. Dairəvi hərəkət təşkil edilmiş yolayrıcına daxil olmadan öncə dayanaraq dairədə hərəkətdə olan nəqliyyat vasitəsinə yol verdi. Digər avtomobilin isə ondan aralı olmasını nəzərə alaraq dairəyə (yolayrıcına) daxil olub öz yoluna davam etdi. Bu zaman o, aralıda olan nəqliyyat vasitəsinin yoluna çıxmamış, onun yolunu kəsməmiş, hərəkətinə maneçilik törətməmiş və heç bir qəza şəraiti yaratmamışdır. Buna baxmayaraq, dairənin kənarında müvafiq nişanlama xətləri ilə işarələnmiş təhlükəsizlik adacığında dayanan **-YP-*** nömrə nişanlı yol patrul xidməti əməkdaşlarının idarə etdiyi avtomobilin həmin sahədən təqribən 400 metr aralaşdıqdan sonra arxasınca gəldiyini görmüşdür. Nəqliyyat vasitəsini dayandırdıqdan sonra yaxınlaşan YPX əməkdaşı yol hərəkəti qaydalarını pozduğunu nəzərinə çatdırmışdır. Lakin o, dairəvi hərəkət təşkil edilmiş yolayrıcında heç bir yol nəqliyyat hadisəsinin baş verməməsini və hansısa qəza şəraiti yaratmadığını YPX əməkdaşının nəzərinə çatdırmışdır. Əməkdaş cərimə yazacağını bildirdikdən sonra mübahisə etməmişdir. Nəticədə İXP ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci (yolayrıcını keçmə qaydalarının pozulması) maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3 bal 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Maraqlısı odur ki, o, həmin sahədə heç bir qəza şəraiti yaratmamış və ya yol hərəkəti iştirakçılarına mane olmadan dairəvi hərəkət təşkil edilmiş yolu keçərək öz yoluna davam etmişdir. Barəsində tətbiq olunmuş inzibati tənbehin ləğv edilməsi üçün "ASANAPAY” elektron hökumət sistemi vasitəsilə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə şikayət etmişdir. Şikayətinə təxminən 2 aydan sonra, yəni 18 fevral 2025-ci il tarixdə Baş X6 İdarəsi tərəfindən cavab verilmişdir. Belə ki, 18 fevral 2025-ci il tarixli M-220397 nömrəli cavab məktubundan qeyd edilmişdir ki, törətdiyim inzibati xətanın aşkar edilməsində və sənədləşdirilməsində heç bir hüquqazidd hala yol verilməmişdir. Narazı olduğu halda məhkəməyə müraciət etmək hüququ var. Daxili işlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci (yolayrıcını keçmə qaydalarının pozulması) maddəsi ilə təqsirli bilinərək barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini, İXP ******* nömrəli protokol əsasında hesablanmış dəbbə pulu məbləğlərinin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək Bakı şəhər X7 İdarəsi tərəfindən barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş Bakı şəhər X7 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə Heydər Əliyev pr 276 ünvanında idarə etdiyi “Toyota Corolla” minik markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən 100 manat məbləğində inzibati cərimə növünə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhər X7 İdarəsi tərəfindən təqdim edilmiş videogörüntüdən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə Heydər Əliyev pr 276 ünvanında “Toyota Corolla” minik markalı **- MY-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 15-ci hissəsinin tələbini pozaraq dairədə hərəkətdə olan nəqliyyat vasitəsinə yol verməyərək dairəvi hərəkət təşkil olunmuş yol ayrıcına daxil olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarda göstərilən hallar öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində Bakı şəhər X7 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilərək və qiymət verilərək qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən X2 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Bakı şəhər X7 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X2 Bakı şəhər X7 İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər X7 İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-1379/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1379/2025
14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver