Məhkəmə qərarları › İş №3(008)-138/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-138/2025

10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-138/2025 10.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabuçu Rayon Məhkəməsinin hakimi Həsənov Teymur Həsən oğlu, 17 dekabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə X7 tərəfindən verilmiş şikayətini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: X7 məhkəməyə müraciət edərək barəsində tərtib olunmuş 17 dekabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati protokoldan şikayətçi olduğunu bildirmişdir. X4 şikayət ərizəsindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində yaşadığı ünvan 1 ünvanından şəxsi avtomobili “KHAZAR SD” minik **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Koroğlu metro stansiyasına tərəf hərəkətə başlamışdır. Saat 10:15 radələrində Koroğlu metro stansiyasının yaxınlığında yerləşən Bakı Olimpiya Stadionunun yanına çatarkən Nərimanov Rayon DYPŞ Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X2 onun idarə etdiyi nəqliyyat vasitəsinə "saxla" əmri vermişdir. X7 nəqliyyat vasitəsini saxladıqda o yaxınlaşaraq "spirtli içkidən istifadə etmisən?" sualını vermişdir. Daha sonra ona istifadəsində olan test aparatına üfürməyi bildirmişdir. X7 aparata üfürdükdən sonra, polis əməkdaşı onu aldadaraq "yoluna qoyacağıq, bircə bu kağıza yaz ki, daha içkili nəqliyyat vasitəsi idarə etməyəcəksən" demişdir. O da ona inanıb yazmış və polis əməkdaşına içkili olmadığını bildirmişdir. Dəfələrlə inspektordan onu Respublika Narkoloji Mərkəzinə aparmağını tələb etsə də, aparılmamış və onun nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilmişdir. Daha sonra, X3 11:25 radələrində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə gedib müayinədən keçmiş və spirtli içkinin təsiri altında olmadığı barədə tibbi sənəd almışdır. X7 dəfələrlə Nərimanov rayon DYPŞ Yol Patrul Xidmətinə gedərək protokolu tələb etsə də, ona protokolu verməmişlər. Daha sonra 102 xidmətinə və 902 qaynar xəttinə müraciət etdikdən 11 gündən sonra ona protokolu təqdim etmişdirlər. O, məhkəmədən protokolun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Ərizəyə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, X4 barəsində 17 dekabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu mübahisələndirmişdir. Məhkəmə inzibati xəta materialını araşdırıb, inzibati xəta haqqında protokoldan şikayət verilməsi prosedurunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmadığını və barəsindən inzibati icraat aparılan şəxsə belə bir hüququn tanınmadığını nəzərə alaraq hesab edir ki, şikayət inzibati xəta haqqında protokoldan verilmiş şikayət kimi qiymətləndirilməli, inzibati xəta haqqında protokoldan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Əlavə olaraq şikayət vermiş şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokol əsasında qəbul edilmiş qərarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta haqqında 17 dekabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokolun ləğv edilməsi barədə X7 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X6 geri qaytarılsın. X1 orqanın (vəzifəli şəxsin) müvafiq protokol əsasında qəbul edilmiş qərarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar