Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-1382/2024 20.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanova, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 333.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 327.1, 327.6 və 333.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi barədə 18 dekabr 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Şəxs təqsirli bilindiyi İXM-in 333.3-cü maddəsinin sanksiyasında inzibati həbs növündə tənbeh tədbirinin nəzərdə tutulmasına və bu kateqoriyadan olan işlərə dərhal baxılmalı olmasına baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəməyə təqdim edilməmişdir. Bundan savayı, inzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı göstərilməmiş və həmin qrafa boş saxlanılmışdır. Halbuki, AR İXM-nin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Bundan əlavə inzibati xəta haqqında protokolda barəsində inzibati iş üzrə icraat aparılan Şəxs adının qarşısında imza üçün olan qrafa boş qalmış, onun inzibati xəta haqqında protokola imza atmaqdan imtina etməsi barədə hər hansı qeydə isə rast gəlinməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəməyə təqdim edilmədiyindən inzibati işə həmin şəxsin iştirakı olmadan baxılması isə qanunvericiliklə qadağan edildiyindən, o cümlədən inzibati xəta haqqında protokol qanunla müəyyən edilmiş tələblərə əməl olunmadan tərtib edildiyindən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər səlahiyyətli orqana geri qaytarılmalıdır. AR İXM-nin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. AR İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 333.3cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair tərtib olunmuş 18 dekabr 2023-cü il tarxli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə geri qaytarılsın. Hakim: Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-1382/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-1382/2024
20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver