Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-139/2025 09.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Ermənistan Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 09 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X13 Bakı şəhəri 18 saylı Notariat Kontorunun 8i-471 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 2120 manat məbləğində borc məbləğini X6 xeyrinə ödəməməklə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1108/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 2000 manat məbləğində borcu X9 xeyrinə ödəməməklə, Bakı şəhəri 9 saylı Notariat Kontorunun 8İ-6040 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 3000 manat məbləğində borcu X1 xeyrinə ödəməməklə, Bakı şəhəri 17 saylı notariat kontorunun 172 saylı, xx.xx.2021-ci il tarixli icar sənədinə əsasən 2500 manat məbləğində borcu X7 xeyrinə ödəməməklə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3996/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 5000 manat məbləğində borcu X2 xeyrinə ödəməməklə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3603/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 3400 manat məbləğində borcu X4 xeyrinə ödəməməklə, Bşəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-799/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 4500 manat məbləğində borcu X3 xeyrinə ödəməməklə, Bakı şəhəri 50 saylı Notariat Kontorunun 8İ-4914 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 7025 manat pul vəsaitini X10 xeyrinə ödəməməklə AR İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X11 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək X13 barəsində qanunauyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X13 izahat verərək bildirmişdir ki, 4-5 ay olar kı gözündən əməliyyat olunmuşdur. Bu səbəbindən yuxarıda qeyd olunan icra sənədləri üzrə borcunu tam şəkildə ödəyə bilməmişdir. Hissə-hissə ödənişlər etmişdir. Dörd icra sənədi üzrə borcunu tam şəkildə ödəmişdir. Digərlərini də qısa müddət ərzində ödəyəcəkdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında 09 may 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri 18 saylı Notariat Kontorunun 8i-471 saylı, xx.xx.2020-ci il tarixli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1108/2020 nömrəli, xx.xx.2020ci il tarixli, Bakı şəhəri 9 saylı Notariat Kontorunun 8İ-6040 saylı, xx.xx.2020-ci il tarixli, Bakı şəhəri 17 saylı notariat kontorunun 172 saylı, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3996/2020 nömrəli, xx.xx.2020-ci il tarixli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3603/2020 nömrəli, xx.xx.2020-ci il tarixli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-799/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı şəhəri 50 saylı Notariat Kontorunun 8İ-4914 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədlərinin bir icraatda birləşdirilməsi və birləşdirilmiş icra sənədlərinə vahid rəqəm verilərək e146101 nömrəsi ilə qeydiyyata alınması qərara alınmışdır. Borclunun axtarışı haqqında 27 iyul 2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati iş üzrə icraat aparılan şəxsin çıxışları, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində protokol tərtib edilmiş şəxs Şəxs icra vərəqəsi üzrə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin 4-5 ay olar ki, gözündən əməliyyat olunması ilə bağlı icra sənədini icra etməməsinə dair mövqeyinə münasibət bildirərək qeyd edir ki, icra sənədlərinin əksəriyyəti 2020-ci ilə aid olduğundan borclunun son 4-5 ay səhhətində problemlərin olması ümumilikdə 4 il ərzində icra sənədinin ödənilməməsi üçün üzrlü səbəb kimi qəbul edilə bilməz. Məhkəmə, iş üzrə sübutları qiymətləndirərək, törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-139/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-139/2025
09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver