Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-1402/2025 06.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızı, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Sabunçu rayon İcra X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığından və təqdim olunan materiallar natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan 04 mart 2015-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi və hər ay 68 manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsi qət edilmişdir. İcra məmuru tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilən icra sənədi üzrə aliment borcunun 22.000 manat təşkil etməsi və Şəxs icra sənədi üzrə alimenti ödəmədiyi göstərilmişdir. Lakin tərtib edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən aliment borcunun hansı dövrü əhatə etməsi və 22.000 manat aliment borcunun nəyə əsasən müəyyən olunması bəlli deyil. Bu cür hesablama tam aydın şəkildə həyata keçiriələrək həm borclu, həm tələbkara təqdim edilməlidir. Əgər tərəflərdən hər hansı biri hesablama ilə razı olmadıqda, yaxud hesablamanın onun mənafeyinə uyğun hesablanmadığını hesab etdikdə, onu məhkəmə qaydasında mübahisələndirmək hüququ vardır. Beləliklə, inzibati xətanın mahiyyəti inzibati xəta haqqında protokolda aydın şəkildə ifadə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Bundan başqa barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində AR İXM-nin 528.1-1-ci maddəsi ilə yəni, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati xəta haqqında protokol tərtib olunmuşdur.Lakin şəxsin barəsində eyni icra sənədi, yəni hazırki icra sənədi üzrə əvvəllər inzibati tənbeh tətbiq edilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. AR İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə inzibati xəta materialı araşdırıb, hesab edir ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Sabunçu rayon İcra Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Sabunçu rayon İcra Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-1402/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-1402/2025
06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver