Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1422/2025 11.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X25 qızı katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra X1nun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X7 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Krasnoyarsk şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 11 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-846/2023-031 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs icra məqsədindəki tələbi yerinə yetirməkdən boyun qaçırmışdır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin böyük icra X1 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Sədrlik edənin sualına cavab olaraq icra məmuru Şəxs hansı qaydada çağırılmasını məhkəməyə izah edə bilməmiş, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, onun barəsində məhkəmənin qərarını icra etməmə ilə bağlı 2024-cü ilin oktyabr ayında protokol tərtib edilmiş, iş üzrə icraata xitam verilmişdir, bundan sonra icra məmurları onun yaşadığı yerdə olmamış, bununla bağlı hər hansı icra hərəkətləri yerinə yetirilməmişdir, onun barəsində hansı səbəbdən axtarış elan edildiyi ona məlum deyil, onun icra şöbəsinə çağırılması ilə bağlı nə zəng olunmuş nə də bildiriş göndərilməmişdir, qərərzli olaraq barəsində protokol tərtib edilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izahat verərək bildirmişdir ki, ünvan 2 ünvan şərtidir) inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi məhkəmə qərarına əsasən qərara alınsa da, qızı maneə yaradır, onun köçürülməsi icra edilə bilmir, sonuncu dəfə oktyabrda həmin evə icra məmurları ilə getmiş, ona qızı tərəfindən qapı açılmayaraq maneə yaradılmışdır.Odur ki, Şəxs barəsində tədbir görülməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(008)- 846/2023 saylı icra sənədinə əsasən iddiaçı X9 Bakı şəhəri, ünvan 2 ünvan şərtidir) inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi qət olunmuşdur; Borclunun axtarışı haqqında 04 dekabr 2024-cü il tarixli qərardan görünür ki, borclu xx.xx.1995-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir; Tələbin könüllü icrası haqqında 11 mart 2025-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(008)-846/2023 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Aktdan görünür ki, Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Firdovsi Vəliyev, icra məmuru İlqar Ağayev, 15-ci Polis Bölməsinin sahə inspektoru X4 qəsəbə nümayəndəsinin müavini X11, tələbkar X5 iştirakı ilə akt tərtib edirik ondan ötrü ki, iddiaçı X2 Rayon Məhkəməsinin 2(008)-846/2023-031 saylı, 26 aprel 2023-cü il tarixli icra sənədinə əsasən mübahisəli ünvana Zabrat qəsəbəsi, X.Əliyev küçəsi fərdi yaşayış evinə köçürülməlidir. İcra sənədinin icrası 03 dekabr 2024-cü il tarixə saat 12:00-a təyin edilmişdir. İcra sənədinin icra edilməsi üçün mübahisəli ünvanda olduq. Cavabdehlə telefonla əlaqə saxlanıldı, qapını açması bildirildi. Lakin cavabdehə Şəxs qapını açmaqdan imtina etdi və icra sənədinin icrasına bilərəkdən maneçilik törətdi. Bu səbəbdən də icra sənədini icra etmək mümkün olmamışdır; 11 mart 2025-ci il tarixdən aktdan görünür ki, Sabunçu Rayon İcra X1 icra məmuru X12 və hal şahidləri Nizami rayonu, N.Abdullayev 4/46 ünvanında qeydiyyatda olan X17 və Xətai rayonu Kazımağa Kərimov 68 ünvanında qeydiyyatda olan X6 iştirakı ilə tərtib edilir. O səbəbdən ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(008)-846/2023 saylı qətnamə üzrə borclu Şəxs şöbəyə axtarışla təhvil verilmişdir. Borcludan izahatı yazmaqdan qərəzli imtina etmiş və nə izahat nə də hər hansısa sənədə imza atmayacağını bildirmişdir; Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli 3(008)- 7119/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində iznibati xəta tərkibi olmadığından xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Şəxs icra vərəqəsinin icrasından qərəzli olaraq yayınmamış, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən boyun qaçırmamışdır. Şəxs bildirmişdir ki, onun barəsində məhkəmənin qərarını icra etməmə ilə bağlı 2024-cü ilin oktyabr ayında protokol tərtib edilmiş, iş üzrə icraata xitam verilmişdir, bundan sonra icra məmurları onun yaşadığı yerdə olmamış, bununla bağlı hər hansı icra hərəkətləri yerinə yetirilməmişdir, onun barəsində hansı səbəbdən axtarış elan edildiyi ona məlum deyil, onun icra şöbəsinə çağırılması ilə bağlı nə zəng olunmuş nə də bildiriş göndərilməmişdir, qərərzli olaraq barəsində protokol tərtib edilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarından da müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 3(008)-7119/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs tərtib edilmiş materiala əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmiş, 2024-cü ilin oktyabr ayından sonra evə köçürülmə ilə bağlı sözügedən mənzilə gedilməmiş, icraya maneə olan səbəblərlə bağlı hər hansı akt tərtib olıunmamışdır. Bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda Şəxs barəsində axtarış elan edilməsinə baxmayaraq onun icra məmurunun çağırışlarına gəlməməsi barədə iş materiallarında hər hansı sənəd olmamış, bunu təsdiq edən hər hansı hal məhkəmədə müəyyən edilməmişdir. Məhkəmə iclaısnda icra məmuru verilmiş suala cavab olaraq çağırışın hansı qaydada edilməsi ilə bağlı izah verə bilməmişdir. Beləliklə, Şəxs qərəzli olaraq icra məmurunun tələblərinin icra edilməməsi ilə bağlı hər hansı hal məhkəmə iclasında müəyyən edilməmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin qərəzli olaraq yerinə yetirilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-1422/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1422/2025
11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver