Məhkəmə qərarları › İş №3(008)-1424/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-1424/2025

19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-1424/2025 19.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 12 mart 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin rəhbəri Şəxs Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-6283/22 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən cəmi 57 445 manat pul məbləğinin icrasından boyun qaçırır. Şəxs vəzifəli şəxs kimi Bakı şəhər Sabunçu rayon Rayon Məhkəməsinin 2-2(113)- 6283/22 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəini icra etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən inzibati material daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki: xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir; xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin hüquqi ünvanına tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir; xx.xx.2024-cü il tarixli borclunun əmlakının axtarılması haqqında qərarla "xxxx" MMC-nə məxsus olan nəqliyyat vasitələrinin yerinin müəyyən edilməsi üçün axtarış elan edilmişdir; xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin əmlaklarının axtarılması haqqında qərar icra olunması üçün Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilmişdir; "xxxx" MMC-nin müxtəlif banklarda cari hesabları mövcuddur. Müxtəlif tarixli məktublardan görünür ki, Sabunçu Rayon İcra Şöbəsinin 01,02,03 nömrəli xx.xx.2024-cü il tarixli inkasso sərəncamı icra olunması üçün müxtəlif bankların filiallarına göndərilmişdir; Banklardan daxil olmuş məktublara əsasən inkasso sərəncamı icraata qəbul edilmişdir; Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 8(008)-337/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, "xxxx" MMC-nə məxsus nəqliyyat vasitələri üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2022-ci il tarixli 160265-1222 saylı məktubundan görünür ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 8(008)-337/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı əsasıənda nəqliyyat vasitələrinin üzərinə qeydiyyatla bağlı məhdudiyyət qoyularaq DİN Baş DYPİ-nin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, protokola əlavə edilmiş sənədlərdən görünür ki, hüquqi şəxs "xxxx" MMC barəsində müvafiq tədbirlər görülmüş, inkasso sərəncamları verilmiş, nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur. Lakin bir dəfə də olsun hüquqi şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi çağrılaraq izahatı alınmamış, icra sənədindən "xxxx" MMC-nin məlumatlı olması müəyyən edilməmişdir. Belə ki, X1 528.1-ci maddəsinin dispoziyasına əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Hazır ki, protokol "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində tərtib edilmişdir. Protokol tərtib edilməmişdən qabaq Şəxs icra şöbəsinə çağrılaraq izahatı alınmamış, onun icra sənədini üzrsüz səbəbdən icra etməməsi müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə hesab edir ki, "xxxx" MMC-nin mülkiyyətində müxtəlif növlü nəqliyyat vasitələri müəyyyən edilərək üzərinə həbs qoyulmuş və müxtəlif banklarda olan cari hesablarına inkasso sərəncamı qoyulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qeyd edilən çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Təqdim olunmuş sənədlərdən görünür ki, qanunun həmin tələblərinə riayət edilməmiş və həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş 12 mart 2025-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar