Məhkəmə qərarları › İş №3(008)-1429/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-1429/2025

12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-1429/2025 12.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədova Günel İqbal qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərli Turanə Afrəddin qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 12 mart 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İşə mahiyyəti üzrə baxılması üçün işdə olan sənədlər tam şəkildə toplanmamışdır. Buna görə də 12 mart 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1280/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 42.000 (qırx iki min) manat tutularaq X2 xeyrinə ödənilməsi qət edilmişdir. Lakin, borclu Şəxs 2017- 2018-ci illərdə tələbkara ona olan borcunun müqabilində Nardaran ərazisində bələdiyyə sənədi ilə 25 sot torpaq verdiyini, bundan əlavə 3000 manat, 1000 ABŞ dolları və əlavə olaraq 1500 manat ödəniş etdiyini bildirmişdir. Bundan başqa, iş materiallarında olan səlahiyyətli nümayəndə olduğu qeyd olunan X5 tərəfindən icra sənədinin icraatına xitam verilməsi haqqında ərizədən görünür ki, Şəxs tərəfindən borc ona tam şəkildə ödənildiyindən ondan heç bir şikayət və tələbi yoxdur. Sabunçu Rayon Məhkəməsinin 2(008)-2180/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinin icraatına xitam verilməsi xahiş edilmişdir. X1 zərərçəkən şəxsin səlahiyyətli nümayəndəsi olmasını təsdiq edən heç bir sənəd iş materiallarında yoxdur. İnzibati xəta haqqında iş materialları nəzərdən keçirilən zaman təqdim edilmiş materialların natamam olduğu müəyyən edilmişdir. Qeyd olunan torpaq sahəsinin verilməsi istiqamətində araşdırma aparılmayaraq Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Göründüyü kimi, borclu barəsində məcburi icra tədbirləri görülməməsinə baxmayaraq, borclu barəsində əsassız olaraq AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. İXM-in 109.1.7-ci maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 12 mart 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 12 mart 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinə geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar