Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1431/2025 12.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X1 iştirakları ilə, xx.xx.2002-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş 11 mart 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 11 mart 2025-ci il tarixdə vətəndaş Şəxs saxlanılıb 14-cü Polis Şöbəsinə dəvət olunduqda Polis Şöbəsinin rejmini pozduğuna, polis əməkdaşları ilə yersiz mübahisə etdiyinə görə ona İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərdi ki, 11 mart 2025-ci il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsində mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşdıqda onları tanımadığı üçün aralarında mübahisə olmuşdur. Törətdiyi əməldan peşmandır. Beləliklə o, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X2 11 mart 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozduğunu bildirmiş və onun barəsində müvafiq inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş 11 mart 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 11 mart 2025-ci il tarixdə vətəndaş Şəxs saxlanılıb 14-cü Polis Şöbəsinə dəvət olunduqda Polis Şöbəsinin rejmini pozduğuna, polis əməkdaşları ilə yersiz mübahisə etdiyinə görə ona İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin baş ə/m, polis kapitanı Rasim Alıyev və Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin baş ə/m, polis baş leytenanatı Biləndər Əliyev tərəfindən 12 mart 2025-ci il tarixdə tərtib edilmiş raportdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsində baş vermiş oğurluq hadisələri ilə əlaqədar olaraq profilaktiki söhbətlər aparılması məqsədi ilə qeyd edilən ərazidə yaşayan və aptekdə satıcı işləyən vətəndaş xx.xx.2002-ci il təvəllüdlü Şəxs xx.xx.2025-ci il tarixdə tərəfindən 14-cü Polis Şöbəsininin inzibati binasına dəvət edilmişdir. Xidməti iş otağında Şəxslə yaşadığı ərazidə baş vermiş oğurluqlar ilə bağlı proflaktiki söhbətlər aparan zaman o, xidməti otağında uca səslə qeyri-etik və nalayiq ifadələr işlədərək səs-küy salmağa başlamışdır. Onu sakitləşdirməyə çalışsa da o öz əməllərini davam etdirmişdir. Bundan sonra ona kömək etməsi üçün şöbənin məsul növbətçisini və əməliyyat qrupunu dərhal xidməti otağına çağırmışdır. Əməliyyat qrupunun üzvləri və məsul növbətçi Şəxs çətinliklə xidməti otağından çıxararaq nizam intizama dəvət etmişdirlər; İnzibati qaydada tutma haqqında 11 mart 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 11 mart 2025-ci il tarixdə saat 21:15-də tutulmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin etirafedici izahatını, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, 11 mart 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərildiyi kimi 11 mart 2025-ci il tarixdə vətəndaş Şəxs saxlanılıb 14-cü Polis Şöbəsinə dəvət olunduqda Polis Şöbəsinin rejmini pozmuş, polis əməkdaşları ilə yersiz mübahisə etmiş və bununlada İXM-nin 535.1-ci maddəsinin tələbini pozmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli «11» mart 2025-ci il tarixdən saat 21:15-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «11» mart 2025-ci il tarixdən saat 21:15-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-1431/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1431/2025
12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver