Məhkəmə qərarları › İş №3(008)-1434/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1434/2023

28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1434/2023 28.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Ramazanova Səbinə Şair qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş İXP ******* saylı, 04 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində rəsmi qaydada təqdim etməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Şəxs MMC-nin nümayəndəsi Emin Emizadə tərəfindən elektron qaydada verilmiş etirazdan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən müvafiq sorğu MMC-nin qeydiyyatda olduğu ünvana deyil, səhv ünvana göndərilmiş, sonradan MMC-nin doğru ünvanına ünvanlanmış sorğuya isə MMC tərəfindən qanunla müəyyən edilmiş müddət ötürülmədən cavab verilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyəti orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə inzibati işə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, polis idarəsi tərəfindən sorğu ünvan 4 ünvana göndərilmiş və qeyd olunan sorğu 24 fevral 2023cü il tarixdə “Fərzəliyev” soyadlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul olunmuşdur. İnzibati xəta haqqında İXP ******* saylı, 04 mart 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində rəsmi qaydada təqdim etməmişdir. Şəxs MMC tərəfindən verilmiş etiraza əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Kommersiya qurumlarının dövlət reyestri məölumatları haqqında” sənəddən görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı 22 oktyabr 2021-ci il tarixdən ünvan 531, Babək Plaza, blok A, 3-cü mərtəbə ünvanıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə - hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 53.1.1-ci maddəsinə əsasən inzibat xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş İXP ******* saylı 04 mart 2023-cü il tarixli protokolu, MMC tərəfindən təqdim edilmiş etiraz və ona əlavə edilmiş sənədləri, o cümlədən, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, "xxxx" MMC-yə münasibətdə inzibati xəta hadisəsinin baş verməsi istisna olunur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” sənəddən görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 531, Babək Plaza, blok A, 3-cü mərtəbə ünvanıdır. Lakin məhkəməyə təqdim edilmiş SS827379734AZ nömrəli xəbərnamədən görünən odur ki, Şəxs MMC-yə ünvanlanan sorğu yanlış ünvana, yəni ünvan 4 ünvanına göndərilmişdir, belə olan halda isə həmin sorğunun hüquqi şəxs tərəfindən qəbul edilməsi mümkün olmadığından, qanunveriliklə isə müvafiq sorğuya 05 gün ərzində cavab verilməməsinin inzibati xəta hesab edilməsi üçün həmin sorğunun mütləq qaydada hüquqi şəxsin vəzifəli şəxsi tərəfindən qəbul edilməsi ilə şərtləndirildiyindən hazırki halda MMC-yə münasibətdə inzibati xəta hadisəsinin olması istisna olunur. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, «SR CONSTRUCTİON CO” MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmiş və bununla da inzibati xəta hadisəsi baş verməmişdir. Belə olan halda MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: «SR CONSTRUCTİON CO” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından AR İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar