Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-1434/2025 17.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızı, AR ƏƏSMN X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolun ləğv olunmasına dair "xxxx" MMCnin direktoru X1 şikayət ərizəsini Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: "xxxx" MMC-nin direktoru X2 barəsində tərtib edilmiş ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsinə dair Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin Bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. "xxxx" MMC-nin direktoru X2 ərizə ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv olunmasını xahiş etmişdir. Lakin qanunvericiliyin tələbindən də göründüyü kimi məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayətə baxa bilər. Bundan başqa ərizəyə barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarı əlavə etsə də həmin qərarı hansı tarixdə əldə etməsini təsdiq edən sənədi əlavə etmədiyindən onun şikayət vermə müddətini ötürüb-ötürməməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İXM-nin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru X1 şikayət ərizəsi geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə şikayət verən şəxsə izah edir ki, qərardan şikayət verilmə müddəti üzrlü səbəbdən ötürüldüyü halda bunu təsdiq edən sübutları əlavə etməklə müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: AR ƏƏSMN X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolun ləğv olunmasına dair "xxxx" MMCnin direktoru X2 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılsın. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-1434/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-1434/2025
17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver