Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1436/2025 03.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X4 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən, Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsində bağlanmış əmək müqaviləsinə əsasən öz əmək funksiyalarını yerinə yetirən küçə süpürgəçisinin guya işəgötürən tərəfindən işçinin iş yerində iş vaxtı xəsarət alması ilə bağlı baş vermiş bədbəxt hadisə barədə DƏMX-nə məlumat verilmədiyinə görə onun- Sabunçu rayon Kommnal Təsərrüfatı İdarəsinin rəisi X7- barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən MN ******* nömrəli inzibati protokol tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixdə DƏMX-nin Bakı şəhər idarəsində AR-sı İXM-nin 555.1ci maddəsinə əsasən 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə növü tətbiq edilməsi barədə MN1808998 nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsinin Təmizlik sahəsi üzrə küçə süpürgəçisi X3 xx.xx.2024-cü il tarixdə nahar fasiləsi zamanı şəxsi məqsədi üçün xidməti ərazidən kənarda nahar etmək məqsədilə ərzaq mağazasına gedərkən yıxılıb xəsarət almışdır. Belə olan halda Azərbaycan Respublikası Nazirlər Kabnetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarfnın 1,4-cü bəndinə (şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən) uyğun olaraq istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. Bu səbəbdən Sabunçu rayon Kommnal Təsərrüfatı İdarəsində əmək müqaviləsi ilə çalışan küçə süpürgəçisi Z.Aşurovanın nahar fasiləsi zamanı şəxsi məqsədi üçün xidməti ərazidən kənarda nahar etmək məqsədilə ərzaq mağazasına gedərkən yıxılıb xəsarət alması barədə əmələ qiymət verildiyi üçün bu barədə X4 Xidmətinə məlumat verilməmişdir. Ona görə də barəsində qəbul olunmuş qərarı əsassız və qanunsuz hesab edir. DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən protokol tərtib olunarkən və qərar qəbul olunarkən heç bir reaksiya verilmədən qanunların onlar tərəfindən kobud surətdə pozulması ilə qərəzli qərar qəbul edilərək Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən 1200 (bir min iki yüz) manat cərimə olunmağı barədə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar qəbul edilmişdir. O, belə hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinin tərkibini yaradan inzibati xəta yoxdur. Tərtib olunmuş protokolun heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1 maddəsinə əsasən MN ******* nömrəli İnzibati xəta haqqında protokolu və xx.xx.2025-ci il tarixli inzibati cərimə növü tətbiq edilməsi barədə MN1808998 nömrəli İnzibati tənbeh vermə haqqında qərarın ləğv ediməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Qərardan şikayət verən şəxs X5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin səlahiyyətli nümayəndəsi X6 məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Sabunçu Rayon Kommunal Təsərrüfat İdarəsinin rəisi X7 AR İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 1200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərara əsasən Sabunçu MKTB-nin işçisi X1 xx.xx.2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə bağlı baş vermiş bədbəxt hadisə barədə işəgötürən X7 tərəfindən hadisə baş verən gün DƏMX-nə məlumat verilməmişdir. Bununla da X7 AR İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şikayətçi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, baş vermiş hadisənin istehsalatla əlaqəsi olmadığından DƏMX-nə məlumat verilməmişdir. Lakin qanunvericiliyin tələbi ondan ibarətdir ki, istehsalatda baş vermiş bədbəxt hadisə barədə işəgötürən tərəfindən DƏMX-nə məlumat verilməlidir. Hadisənin istehsalatla bağlılığının olub-olmamasını xidmət özü aparılmış araşdırmanın nəticəsində müəyyən edəcəkdir. Ona görə də hesab edir ki, şikayət əsassızdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini və AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş inzibati orqanın nümayəndəsinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Sabunçu MKTB-nin işçisi X1 xx.xx.2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə bağlı baş vermiş bədbəxt hadisə barədə işəgötürən X7 tərəfindən hadisə baş verən gün DƏMX-nə məlumat verilməmişdir. Bununla da X7 tərəfindən AR İXM-nin 555.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi nəticəsinə gəlinərək barəsində 1200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə- min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. AR Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur.
2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır və baş vermiş bədbəxt hadisənin təhqiqatının aparılmasını təşkil edir. Qanunvericliyin qeyd edilən tələblərindən göründüyü kimi, istehsalatda baş vermiş bədbəxt hadisə barədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana məlumat vermək işəgötürənin vəzifəsidir. Bədbəxt hadisənin istehsalatla bağlı olub-olmamasını müəyyənləşdirmək isə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın səlahiyyətinə aiddir. AR İXM-nin 555.1-ci maddəsi isə məhz işəgötürən tərəfindən yuxarıda qeyd edilən vəzifəyə əməl edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Ona görə də məhkəmə hesab edir ki, işəgötürən X7 Sabunçu MKTB-nin işçisi X1 xx.xx.2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə bağlı baş vermiş bədbəxt hadisə barədə hadisə baş verən gün DƏMX-nə məlumat vermədiyindən düzgün olaraq İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X7 tərəfindən verilmiş barəsində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
X7 tərəfindən verilmiş barəsində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Samirə Məmmədli