Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1437/2025 17.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X8 iclas katibliyi, Sabunçu rayon X18 Şöbəsinin polis leytenanatı X5, X1 iştirakı ilə, X1 Bakı şəhər Sabunçu rayon X18 Şöbəsi tərəfindən qəbul edilmiş 14 fevral 2025ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Sabunçu rayon X18 Şöbəsinin 14 fevral 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu DYPŞnin polis X3 tərəfindən tərtib edilmiş "Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qadaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən" İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Bakı şəhəri Sabunçu rayonu DYPŞ-nin polis X3 tərəfindən tərtib edilmiş "Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qadaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı” çıxarılan İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli. TP ******* saylı qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyimə görə barəmdə 40 (qırx) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qadaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən” İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli. İXP ******* saylı protokol.u qanunsuz və əsassız olduğundan ləğv edilməli, pozulmuş hüquqları bərpa olunmalıdır. Məlumat üçün bildirir ki, xx.xx.2025-ci il tarixdə saat 1 8;00 radələrində etibarnamə üzrə idarə etdiyi "HUNDAİ SANTAFE MİNİK” markalı, 77TB802 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri. Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisində , 60-la baş yolla hərəkət edərkən sol tərəfdəki yola bitişik olan torpaq örtüklü həyətdən Mercedes C klass 107.0993 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi çıxmış, o onunla toqquşmamaq üçün kənar sol zolağa keçmiş,oda onu güzgüdən görməyərək həmin sol zolağa keçərkən onun nəqliyyat vasitəsini ön hissəsi ilə onun nəqliyyat vasitəsinin arxa hissəsi toqquşmuş və yol nəqliyyyat hadisəsi baş vermişdir. Hadisə zamanı Mercedes C klass markalı nəqliyyat vasitəsinin sürücüsü hadisə yerindən yayınmış və sonradan məlum olmuşdur ki, Mercedes C klass markalı nəqliyyat vasitəsinin sürücüsünün sürücülük vəsiqəsi belə yoxdur. Bakı şəhəri Sabunçu rayonu DYPŞ-nin polis X2 hadisə barədə dəqiq araşdırma etməsini, Mercedes C klass 10ZO993 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin həmin yolda əvvəlcədən olmadığını, bitişik ərazidən çıxdığını sübuta yetirməsi üçün həmin ərazidə olan TŞ8-207 nömrəli təhlükəsizlik kamerasına və hətta digər kameralara baxış keçirməsini istəyinə baxmayaraq, polis X3 öz hərəkətsizliyi ilə işinə soyuq yanaşmış və yanlış qərar vermişdir. Bakı şəhəri Sabunçu rayonu DYPŞ-nin polis X3 tərəfindən tərtib edilmiş “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli. İP 7050816saylı savlı qərarını ləğv edilməsini, hadisə zamanı Pirşağı qəsəbəsində yerləşən TŞ 8-207 nömrəli təhlükəsizlik kamerasına, ərazidə olan digər kameralara baxış keçirilməsi və onun xeyrinə qərar verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Sabunçu rayon X18 Şöbəsinin polis leytenanatı X11 izahat verərək X6 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini və X10 tərəfindən verilmiş şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, hadisə yerində TŞ kameraları olmuş, lakin gecə vaxtı olduğundan görüntülərə baxış zamanı hadisənin baş verməsi müəyyən edilə bilməmiş, buna görə də görüntülər iş materiallarına əlavə edilməmişdir. Məhkəmə iclasında iştirak edən X4 izahatında şikayət ərizəsindəki xüsusatları göstərərək şikayətin təmin edilməsini, Bakı şəhər Sabunçu rayon X18 Şöbəsi tərəfindən qəbul edilmiş 14 fevral 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, hadisə yerində şəhər kameraları olduğu halda götürülməmiş, baxış keçirilməmişdir, baxış keçirildiyi təqdirdə onun günahsız olduğu müəyyən ediləcəkdir. Onun tərəfindən Socara məxsus obyektdən hadisənin görüntüləri götürülmüş, tərəfindən məhkəməyə təqdim edilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 14 fevral 2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X10 xx.xx.2025-ci il tarixində saat 19:30-da Pirşağı qəsəbəsi ünvanı ərazisində “HYUNDAİ SANTA FE” minik markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 14 fevral 2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X10 xx.xx.2025-ci il tarixində saat 19:30-da Pirşağı qəsəbəsi ünvanı ərazisində “HYUNDAİ SANTA FE” minik markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarının pozulması nəticəsində, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir; X10 iş materiallarında olan izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 19:30-da Pirşağı qəsəbəsi ərazisində etibarnamə əsasında idarə etdiyi “HYUNDAİ SANTA FE” minik markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə baş yolda olarkən bitişik hissədən çıxan **-ZO-*** dövlət qeydiyyat nişanlı “MERCEDES” minik markalı avtomobil ilə toqquşmuşDUR. O kənar sağ zolaqdan sol zolağa keçərkən “MERCEDES” minik markalı avtomobilin sürücüsü sol zolağa keçmiş və o onunla arxa sol tərəfindən toqquşmuşdur. Hadisə zamanı xəsarət olan olmamışdır; X9 izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 19:30-da Pirşağı qəsəbəsi ərazisində özünə məxsusu olan avtomobillə yola bitişik ərazidən yola çıxarkən, tam olaraq yola diqqət edib, sağa və sola baxıb hərəkətini davam etdirmişdir. Hər iki tərəfdən hərəkətdə olan avtomobillərin çox uzaqda olduğuna əmin olduğu üçün yola çıxıb hərəkətini davam etdirmişdir. Təxminən yola düzəldikdən sonra 30 metr məsafə qət etmişdir. Bu zaman arxada hərəkət olan “HYUNDAİ SANTA FE” minik markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi heç bir tormozlama etmədən, sürəti çox olduğundan onun avtomobilin tam olaraq arxa hissəsindən vurub toqquşmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. X6 təqdim etdiyi görüntülərə məhkəmə iclasında baxış keçirilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, iş materiallarında olan 14 fevral 2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, protokol sübutlara istinad edilməmiş, ona Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Həmçinin, hadisəni əks etdirən TŞ kameralarından videogörüntü əldə edilərək iş materiallarına əlavə edilməmiş, ətraflı araşdırma aparılmadan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan başqa, İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Lakin, qanunvericiliyin göstərilən tələbləri pozularaq hadisənin xx.xx.2025-ci il tarixdə baş verməsinə, sürücünün hadisə yerindən yayınmamasına baxmayaraq nədənsə inzibati xəta haqqında protokol hadisənin baş veməsində 06 gün sonra tərtib edilmişdir. Beləliklə, X10 barəsində Bakı şəhər Sabunçu rayon X18 Şöbəsi tərəfindən qəbul edilmiş 14 fevral 2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X10 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci məddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Səlahiyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X6 şikayəti təmin edilməli, Bakı şəhər Sabunçu rayon X18 Şöbəsi tərəfindən qəbul edilmiş 14 fevral 2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Sabunçu rayon X18 Şöbəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X6 şikayəti qismən təmin edilsin. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə inzibati xəta törətməsinə dair Bakı şəhər Sabunçu rayon X18 Şöbəsi tərəfindən qəbul edilmiş 14 fevral 2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Bakı şəhər Sabunçu rayon X18 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-1437/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1437/2025
17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver