Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1440/2024 07.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 İmanovanın sədrliyi, məhkəmə iclas katibi Aytən Eldar qızı Səfərovanın katibliyi, Bakı şəhəri Qaradağ rayon prokurorluğunun nümayəndəsi Bakı şəhəri Qaradağ rayon prokurorunun köməkçisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon prokurorluğu tərəfindən qəbul edilərək məhkəməyə təqdim edilmiş 08 fevral 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən Şəxs MMC əmək müqaviləsi qüvvəyə minmədən Zərərçəkmiş şəxs1 2023-cü ilin yanvar-may aylar ərzində, Zərərçəkmiş şəxs2 2023-cü ilin iyul-avqust və oktyabr-noyabr ayları ərzində işlərin yerinə yetirilməsinə cəlb etmiş və bununla da AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon prokurorluğunun nümayəndəsi X4 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın məzmununa uyğun çıxış edərək hüquqi şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq səlahiyyətli orqanın nümayəndəsi zərərçəkmiş şəxslərin ərizələri əsasında icraatın başlanıldığını, əlavə şahid olaraq hər hansı şəxsin izahatının alınmadığını və hər hansı başqa sübutun olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X5 MMC barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla razılaşmadığını, Zərərçəkmiş şəxs1 ilə əmək müqaviləsinin bağlandığını və onun tam qanuni əsaslarla işlərin yerinə yetirilməsinə cəlb edildiyini, Zərərçəkmiş şəxs2 isə Zərərçəkmiş şəxs1 qohumu olduğunu, bəzən mağazaya gəldiyini, lakin hər hansı işin yerinə yetirilməsinə cəlb edilmədiyini, MMC barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edildiyini qeyd edərək MMC barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə telefon vasitəsi ilə əlaqə saxlanılmış, onlar ailə vəziyyətləri ilə əlaqədar məhkəmə iclaslarına gələ bilməyəcəklərini bildirdiklərindən proses iştirakçılarının da dinləməsi təmin edilməklə ilk öncə Zərərçəkmiş şəxs1 ona ünvanlanmış suala cavab olaraq Şəxs MMC-də əmək müqaviləsi əsasında işlədiyini, oxuyub yaza bilmədiyini və iş materiallarında olan izahatının məzmununu bilmədən prokurorluqda olarkən imzalamalı olması bildirildiyindən həmin izahatı imzaladığını, orda yazılanların həqiqəti əks etdirmədiyini və həmin izahatını müdafiə etmədiyini, sadəcə anasının onun işləməsini istəmədiyindən bu barədə şikayətlə polis orqanına müraciət etdiyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 ilə telefon əlaqəsi yaradılmış, onunla aparılan danışığın proses iştirakçıları tərəfindən dinlənilməsi təmin edilmiş və o, məhkəmə tərəfindən ünvanlanmış suallara cavab olaraq Şəxs MMC-də işlərin yerinə yetirilməsinə cəlb edilmədiyini, orada əmək müqaviləsi əsasında Zərərçəkmiş şəxs1 işlədiyini, bəzən oraya Günayın yanına getdiyini, oxuyub yaza bilmədiyini və iş materiallarında olan izahatının məzmununu bilmədən prokurorluqda olarkən imzalamalı olması bildirildiyindən həmin izahatı imzaladığını, orda yazılanların həqiqəti əks etdirmədiyini və həmin izahatını müdafiə etmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 08 fevral 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Şəxs MMC əmək müqaviləsi qüvvəyə minmədən Zərərçəkmiş şəxs1 2023-cü ilin yanvar-may aylar ərzində, Zərərçəkmiş şəxs2 2023-cü ilin iyul-avqust və oktyabr-noyabr ayları ərzində işlərin yerinə yetirilməsinə cəlb etmiş və bununla da AR İXMnin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, o, həmin ərizəsində Şəxs MMC-nin müdiri Elnur tərəfindən 2023-cü ilin əvvəlində əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edildiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 Bakı şəhəri Qaradağ rayon prokurorluğundakı yazılı izahatında da eyni xüsusatları göstərmişdir. Zərərçəkmiş şəxs2 Bakı şəhəri Qaradağ rayon prokurorluğundakı yazılı izahatında bildirmişdir ki, 2023-cü ilin iyul-avqust və oktyabr-noyabr ayları ərzində Şəxs MMC-də əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetiriilməsinə cəlb edilmişdir. Şəxs MMC-nin gömrük mütəxəssisi X2 Bakı şəhəri Qaradağ rayon prokurorluğundakı yazılı izahatında o, hazırda məhkəmə iclasında verdiyi məzmunda izahat verərək Zərərçəkmiş şəxs1 əmək müqaviləsi əsasında işlədiyini, 31 iyul 2023-cü il tarixdə öz ərizəsi ilə işdən azad olunduğunu, Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 qohumu olduğunu, bir neçə dəfə iş yerinə gəlsə də, sənədi olmadığından işlərə cəlb edilmədiyini bildirmişdir. Şəxs MMC ilə Zərərçəkmiş şəxs1 arasında bağlanmış 01 may 2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, həmin tarixdən tərəflər arasında əmək müqaviləsi bağlanmaqla Zərərçəkmiş şəxs1 01 may 2023-cü il tarixdən işə başlamışdır. “Əmək müqaviləsinə xitam verilməsi barədə” 31 iyul 2023-cü il tarixli, 3107TD nömrəli əmrdən görünür ki, Zərərçəkmiş şəxs1 ilə bağlanmış əmək müqaviləsinə onun öz ərizəsi əsasında 31 iyul 2023-cü il tarixdə xitam verilmişdir. Zərərçəkmiş şəxs1 Bakı şəhəri Qaradağ rayon prokurorluğuna ünvanlanmış ərizəsindən görünür ki, onun ilkin ərizəsi ilə bağlı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 Bakı şəhəri Qaradağ rayon prokurorluğuna ünvanlanmış ərizəsindən görünür ki, onun ilkin ərizəsi ilə bağlı heç bir şikayət və tələbi yoxdur. “İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında” 27 fevral 2024-cü il tarixli, MN ******* saylı qərardan görünür ki, X3 Bakı şəhər İdarəsi tərəfindən hazırki faktla bağlı Şəxs MMC-nin keçmiş baş direktoru Nümayəndə Mustar oğlu barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun təqsirliliyi sübuta yetirilmədiyindən AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 192.1-ci maddəsinə əsasən 192.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iş materialları ilə hüquqi şəxs Şəxs AR CM-nin 192.1-ci maddəsi ilə təqsirli olması sübuta yetirilməmiş, məhkəmə baxışı zamanı da məhkəməyə bu halı təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Belə ki, Bakı şəhəri Qaradağ rayon Prokurorluğu tərəfindən 08 fevral 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün səbəb və əsas qismində yalnız Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 komputer vasitəsi ilə yazılmış, hər hansı sübuta əsaslanmayan izahatları olmuşdur. Məhkəmə iclasında prokurorluğun nümayəndəsinə başqa hər hansı sübutların olmasına dair sual ünvanlandıqda o, zərərçəkmiş şəxslərin izahatlarının sübut kimi çıxış etdiyini, başqa hər hansı sübutun (şahid ifadələri, bu halı təsdiq edən hər hansı fotoşəkil və ya görüntü, həmin hallarla bağlı sübut qismində çıxış edə biləcək yazışmalar və.s.) olmadığını bildirmişdir. Halbuki, prokurorluğun inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün əsas hesab etdiyi həmin izahatlar məhkəmə iclasında elə zərərçəkmiş şəxslərin özləri tərəfindən təkzib edilmiş, onlar yazıb-oxuya bilmədiklərini, sadəcə prokurorluqda onlara təqdim olunan sənədləri imzaladıqlarını, orada yazılanların həqiqəti əks etdirmədiyini, onların əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmədiklərini bildirmişlər. Bununla yanaşı, Zərərçəkmiş şəxs1 MMC-də əmək müqaviləsi əsasında işlədiyini bildirmiş və həmin hal iş materiallarında olan 01 may 2023-cü il tarixli əmək müqaviləsi ilə öz təsdiqini tapmış, Zərərçəkmiş şəxs2 isə MMC-də işləmədiyini, arada bir mağazaya Günayın yanına getdiyini bildirmişdir. Göstərilən xüsusatlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X5 tərəfindən eynilə həm Bakı şəhəri Qaradağ rayon prokurorluğundan araşdırma aparılan zaman, həm də məhkəmə araşdırması zamanı təsdiq edilmişdir. Göründüyü kimi, prokurorluq orqanı sadəcə zərərçəkmiş şəxslərin heç bir sübuta və əsas söykənməyən izahatları əsasında, heç bir əlavə araşdırma aparmadan inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edərək məhkəməyə göndərmiş, məhkəmə araşdırması zamanı isə səlahiyyətli orqanın istinad etdiyi yeganə sübut olan zərərçəkmiş şəxslərin izahatları onların özləri tərəfindən təkzib edilmiş, zərərçəkmiş şəxslərin ümumiyyətlə yazıb-oxuya bilmədikləri müəyyən edilmişdir ki, bu da yeganə sübut olan zərərəçəkmiş şəslərin izahatlarının da artıq öz təsdiqini tapmamasına və bununla da MMC-nin AR İXM-nin 192.1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilmədiyinə dəlalət edir. Bununla yanaşı, “İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında” 27 fevral 2024-cü il tarixli, MN ******* saylı qərardan görünür ki, X3 Bakı şəhər İdarəsi tərəfindən hazırki faktla bağlı Şəxs MMC-nin keçmiş baş direktoru Nümayəndə Mustar oğlu barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun təqsirliliyi sübuta yetirilmədiyindən AR İXM-nin 53.2ci maddəsinə əsasən xitam verilmişdir. Göstərilən bu hal özü də MMC-nin və onun səlahiyyətli şəxsinin AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair sübutların olmamasının, istinad olunmuş sübutların isə kifayət etməməsinin göstəricisidir. Şərh olunan əsaslara məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə materiala baxmış məhkəmə tərəfindən də müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir ki, belə olan halda göstərilən hal MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsinin obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmaması qənaətinə gəlməyə imkan verir. Məhkəmə göstərilənləri ümumiləşdirərək “Təmiz Dünya» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən AR İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutumuş inzibati xətanın törədilməsinin iş materialları ilə sübuta yetirilməməsi qənaətinə gələrək MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində AR İXM-nin 129-cu maddəsində nəzərdə tutulmuş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-1440/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1440/2024
07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver